Ankara-Moskva xəttində nə baş verir?
Tarix: 15.04.2017 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


Rusiya və Türkiyə dövlət başçıları arasında baş tutan telefon danışığı da göstərir ki, tərəflər münasibətlərdə problem yaranmasını istəmir

Moskvada Rusiya, İran və Suriya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib. Sergey Lavrov, Məhəmməd Cavab Zərif və Valed Müallimin iştirakı ilə keçirilən görüşdə ABŞ-ın raket zərbələrindən sonra Suriyada yaranan vəziyyət, beynəlxalq terrorçuluğa qarşı birgə mübarizə və İdlibdə baş verən hadisə müzakirə olunub.
Maraqlıdır ki, görüşdə Türkiyə təmsilçisi iştirak etməyib. Son vaxtlar Suriya ilə bağlı aparılan danışıqlarda əsas təminatçı dövlətlər kimi Rusiya, Türkiyə və İran çıxış edirdi. Amma İdlibdə son kimyəvi silah hücumundan sonra vəziyyət bir qədər dəyişib. Belə ki, Türkiyə Suriyada hərbi bazaya hava zərbəsi endirən ABŞ-ın bu siyasətini açıq şəkildə dəstəkləyib və Vaşinqtondan daha artığını gözlədiyini qeyd edib. Amma Astana danışıqlarının təminatçısı olan digər iki dövlət- Rusiya və İran isə tam fərqli mövqe ortaya qoyaraq ABŞ-ın hava zərbəsi endirməsini kəskin tənqid edi. Bu hadisələr fonunda Moskvada keçirilən məsləhətləşməyə Türkiyə tərəfi qatılmayıb. Bu isə Rusiya-Türkiyə-İran formatının taleyini sual altına salıb. Suriyada Bəşər Əsədə hökuməti ilə silahlılar arasında dialoqun yaradılması məhz Türkiyə, Rusiya və İranın səyləri nəticəsində mümkün olmuşdu. “Hurriyet” yazır ki, Türkiyə və Rusiya xarici işlər nazirləri arasında telefon danışığı olub və Ankara bildirib ki, Moskva Dəməşq rejimini bu qədər möhkəm dəstəkləməkdən vaz keçməlidir. ABŞ dövlət katibinin Moskvada keçirdiyi görüşlərdə hansı razılıq əldə edildiyi bəlli deyil. Amma Tramp yaxın zamanlarda hər şeyin yaxşı olacağını bildirib. Hələ ki, Moskvanın Əsəddən vaz keçdiyini göstərən heç bir fakt yoxdur. Üstəlik Rusiyanın BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsinin müavini Suriyadakı vəziyyətlə bağlı ABŞ, Britaniya və Fransanın təqdim etdiyi qətnamə layihəsinə veto qoyub.

Ekspert: “Türkiyə Suriyada yeni əməliyyatlar həyata keçirmək istəyirsə, ona Rusiya ilə münasibətləri saxlamaq lazımdır”

Vladimir Safronkov bildirib ki, layihədə araşdırma aparılmadan artıq günahkarlar qeyd edildiyi üçün bu addımı atıb. Bütün halda Suriyada kimyəvi silahın tətbiqi ilə bağlı məsələ Rusiya ilə Türkiyə arasında narazılıq yaradıb. Avrasiya məsələləri üzrə ekspert olan Kərim Has “Nezavisimaya qazeta”ya açıqlamasında bildirib ki, Ankara iki stulda əyləşmək istəyir: “Türkiyə, bir tərəfdən Rusiya ilə münasibətləri yaxşı saxlamağa çalışır, digər tərəfdən ABŞ-ın, onların Suriya siyasətinə dəstək verməsinə ümid edir. Amma 16 aprel referendumundan sonra Türkiyə rəhbərliyinin siyasi xətti tam aydın olacaq. Ərdoğan yeni səlahiyyətlər aldıqdan sonra Suriya ilə bağlı daha aydın siyasət həyata keçirəcək. Suriyada yeni əməliyyatlar olacaqmı? Astana görüşləri olacaqmı? Hələlik bu sualların cavabı bəlli deyil. Əgər Türkiyə Suriyada yeni əməliyyatlar həyata keçirmək istəyirsə, ona Rusiya ilə münasibətləri saxlamaq lazımdır”. Ekspert bildirib ki, Ankara bundan sonra ABŞ-la münasibətlərə daha çox fokuslana bilər. Amma bütün halda Rusiya ilə münasibətlər “iqnor” edilməyəcək. Görünür, Rusiya və Türkiyə dövlət başçıları arasında baş tutan telefon danışığı da tərəflərin münasibətlərdə problem yaranmasını istəməmələri ilə bağlıdır. Kremlin yaydığı məlumatda bildirilir ki, Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub. Məlumatda bildirilir ki, prezidentlər telefon danışığı zamanı Suriyadakı vəziyyəti müzakirə ediblər. “Suriyadakı vəziyyətin inkişafı müzakirə edilib. Tərəflər atəşkəs rejiminin möhkəmləndirilməsi məqsədi ilə birgə işi, habelə Astana və Cenevrə formatlarında keçirilən Suriyaya dair danışıqlar prosesinə dəstəyi davam etdirmək niyyətində olduqlarını bildiriblər”, - deyə məlumatda bildirilir. Putin və Ərdoğan Suriyanın Xan Şeyxun şəhərində aprelin 4-də kimyəvi silahdan istifadə ilə bağlı insidentin tezliklə beynəlxalq səviyyədə obyektiv və hərtərəfli araşdırılmasının vacibliyini qeyd ediblər. Təxminən eyni vaxtda “RİA Novosti”nin Türkiyənin müdafiə naziri Fikri İşıka istinadən yaydığı məlumat dövlətlər arasında münasibətlərdə problem olmadığını ortaya qoyur. Həmin məlumatda qeyd edilir ki, Ankara havadan müdafiə sistemlərinin əlverişli şərtlərlə alınmasında NATO-dan dəstək görmədiyindən Rusiyadan “S-400” zenit-raket sistemlərinin alınmasını alternativ variant kimi nəzərdən keçirir. Türkiyənin müdafiə naziri Fikri İşık ABŞ-a səfəri çərçivəsində çıxışı zamanı havadan müdafiə sistemlərinin əldə olunması məsələsində Türkiyənin NATO-dakı tərəfdaşlarından dəstək almadığını təəssüflə ifadə edib. “Mən rəqabətli qiymətlər, texnologiyaların mübadiləsini nəzərdə tuturam. Bu səbəbdən biz alternativ variantları nəzərdən keçiririk. Rusiyanın “S-400” sistemləri onlardan biridir”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Soçi aeroportunda işdən çıxarılan ermənilər millətlərarası ədavəti qızışdırırlar
16.08.2019
“Erməni xalqı inqilab əvəzinə mənasız hakimiyyət dəyişikliyi əldə edib”
16.08.2019
Ermənilər ölkədə doğum nisbətini artırmaq üçün baş sındırırlar
15.08.2019
Ermənistanda növbəti izdihamlı etiraz aksiyası keçirilir
15.08.2019
Ermənistanda işsizlərin sayı 6,7 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
4 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info