“Liviya cinayətkarlar və intiharlar ölkəsinə çevrilib”
Tarix: 15.04.2017 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


Ölkə qruplaşmalar arasında bölündüyündən, Liviyanın əsas sərvəti olan neft qeyri-leqal yollarla xaricə axıdılır

Birləşmiş Millətlər Təşkilatının Liviya ilə bağlı hazırladığı hesabatda bu ölkədə silahlı qrup və cinayətkar şəbəkələrin maliyyə mənbələrinin diversifikasiyasının davam etməsi, insan oğurluğu, miqrantların qanunsuz olaraq ölkəyə gətirilməsi, neft qaçaqmalçılığı, silah ticarəti, həmçinin valyuta mübadiləsi ilə bağlı qanunsuz sxemlərdən mənfəət kimi yararlanma hallarının artdığı qeyd edilib.. Belə görünür ki, Liviyadakı hazırkı siyasi vəziyyət ölkədə yaşanan özbaşnalıqlara son qoymağa imkan verməyəcək.
Hazırda Liviyada bəzi qruplar cinayət yolu ilə pul qazandığı halda, əhali aclıq və səfalət içində çapalayır. Hesabatda qeyd edilir ki, ailəsini dolandırmaq iqtidarında olmayan bir çox liviyalı isə intihar yolunu seçmək məcburiyyətində qalır. “Libyaobserver.ly” saytının məlumatına görə, Beydedə bir gündə altı liviyalı intihar edib. Liviyada bu yolu seçənləri sayı günü gündən artmaqdadır.

“Libyaobserver.ly”: “Ailəsini dolandırmaq iqtidarında olmayan bir çox liviyalı isə intihar yolunu seçmək məcburiyyətində qalır. Psixoloqlar Liviyada intiharların geniş yayılmasını əhali arasında artan depressiya ilə əlaqələndirirlər. Dağılmış dövlət, bərbad vəziyyətdə olan iqtisadiyyat, tam tənəzzül edən kənd təsərrüfatı, kütləvi işsizlik və hakimiyyət uğrunda qruplar arasında qanlı savaş yerli əhalinin yaşamaq və gələcək ümidlərini məhv edib”


Psixoloqlar Liviyada intiharların geniş yayılmasını əhali arasında artan depressiya ilə əlaqələndirirlər. Dağılmış dövlət, bərbad vəziyyətdə olan iqtisadiyyat, tam tənəzzül edən kənd təsərrüfatı, kütləvi işsizlik və hakimiyyət uğrunda qruplar arasında qanlı savaş yerli əhalinin yaşamaq və gələcək ümidlərini məhv edib. Liviyalı siyasətçi İmada ad-Dina Muntasera görə, hədsiz dərəcədə çoxalan cinayətlər Liviyanı yaşanmaz dövlətə çevirib: “Əsas bəla budur ki, sabitlik yaratmağa cəhd edənlər özləri ölkəni beynəlxalq cinayət sindikatına çeviriblər”. Müəmmar Qəzzafinin qətlə yetirilməsindən sonra Liviyada olan bütün qruplar hakimiyyət boşluğundan şəxsi mənafeləri üçün yararlanmağa çalışır. Hətta vaxtilə, Qəzzafiyə səcdə edənlər belə, sonralar özünü “qızğın inqilabçı” kimi qələmə verərək yaranmış vəziyyətdən istifadə etməyə çalışır. Ölkə qruplaşmalar arasında bölündüyündən, Liviyanın əsas sərvəti olan neft qeyri-leqal yollarla xaricə axıdılır. Liviyanın dəniz sərhədi tam nəzarətsizdir. Vaxtilə yaşayış səviyyəsinə görə, bir çox Avropa ölkəsindən öndə olan Liviyada bu gün əhalinin əksəriyyəti yoxsulluqdan əziyyət çəkir. Birləşmiş Millətlər Təşkilatının hesabatında qeyd edilir ki, afrikalı miqrantları bu ölkədə köləliyə cəlb edilirlər. Bu gün Liviya Afrika ölkələrindən Avropaya can atan qanunsuz miqrantların əsas tranzit nöqtəsinə çevrilib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info