Azərbaycan və Özbəkistan turizm assosiasiyaları arasında əməkdaşlıq memorandumu imzalanıb
Tarix: 17.04.2017 | Saat: 15:49:00 | E-mail | Çapa göndər


Özbəkistanda keçirilən “İstirahət dünyası” V Daşkənd Beynəlxalq Turizm Sərgisi başa çatıb.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin (MTN) tapşırığı ilə sərgidə ölkəmizi Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) təmsil edib.
Tədbir çərçivəsində Azərbaycan və Özbəkistanın turizm assosiasiyaları arasında əlaqələrin inkişafına dair əməkdaşlıq memorandumu imzalanıb.
Ölkəmiz tərəfdən memorandumu Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov Özbəkistan tərəfdən bu ölkənin Turizm Assosiasiyasının rəhbəri Nəbican Kasimov imzalayıblar.
Memorandumda tərəflər qarşılıqlı təcrübə, informasiya mübadiləsi, turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, birgə turların, turizmin təbliği ilə bağlı birgə tədbirlərin keçirilməsi, bu istiqamətdə qarşılıqlı səfərlərin təşkili, hər iki ölkə arasında sağlamlıq turizminin təşviqi və bu istiqamətdə turist axınının gücləndirilməsinə dəstək göstərilməsi və s. məsələlər nəzərdə tutulub.
İmzalanma mərasimindən sonra AMM-nin hazırladığı bədii proqram təqdim olunub.
AMM-nin direktoru Samir Abbasov bildirib ki, mədəniyyət mərkəzinin son 3 il ərzində Özbəkistanda apardığı geniş təbliğat öz uğurlu nəticəsini verib. O, “Naftalan” sanatoriyalarının rəsmi təmsilçisinin verdiyi məlumata əsaslanaraq bildirib ki, son illərdə Özbəkistandan “Naftalan”a gələn turistlərin sayında əhəmiyyətli dərəcədə artım var.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info