BANM beynəlxalq foruma hazırlaşır
Tarix: 17.04.2017 | Saat: 16:26:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş 2-ci SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-Kimya” Forumun Proqram Komitəsinin iclası keçirilib. Forum 25-28 aprel 2017-ci il tarixlərində Bakıda SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin və Böyük Britaniyanın “Confidence Capital Ltd” şirkətinin birgə təşkilatçılığı ilə keçiriləcək.
İclasda Forumun Proqram Komitəsinin sədri, BANM-in rektoru Elmar Qasımov və sözügedən Komitənin həmsədri, “Confidence Capital Ltd” şirkətinin baş direktoru Andrey Rudenko iştirak ediblər. Görüşdə qeyd olunub ki, 2-ci SOCAR Beynəlxalq Forumu beynəlxalq maraq doğurur. Xəzər regionunda neft-qaz üzrə ilin ən əhəmiyyətli tədbirinə öz iştiraklarını 15 ölkədən artıq iştirakçılar təsdiq edib. Onların arasında Azərbaycan, Avstriya, Belorus, Böyük Britaniya, Gürcüstan, İran, Qazaxıstan, Kipr, Litva, Latviya, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, ABŞ, Ukrayna, İsveçrə və digər ölkələrinin 100-dən artıq nümayəndəsi Foruma qoşulacaqlar.
Forumda SOCAR-ın aparıcı struktur bölmələrin rəhbərlərinin iştirakı, o cümlədən Qaz İxrac İdarəsi, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, Sərmayələr İdarəsi və SOCAR-ın Ceneva şəhərində yerləşən bölmələrinin və SOCAR-Ukrayna rəhbərliyinin nümayəndələrin iştirakı gözlənilir.
Proqram Komitəsinin iclasında 2-ci SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-Kimya” Forumunun təşkilatı məsələlərinin müzakirəsi keçirilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”
16.11.2018
Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info