Bədii qiraət müsabiqəsinə yekun vurulub
Tarix: 17.04.2017 | Saat: 16:39:00 | E-mail | Çapa göndər


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə və Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına dəstək məqsədilə Nizami Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının və rayon Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə “Həmrəyliyimiz birliyimizdir” mövzusunda bədii qiraət müsabiqəsi keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə ulu öndər Heydər Əliyevin və vətən torpaqları uğurunda canından keçən qəhrəman oğul və qızlarımızın xatirəsi bir dəqiqlik sükutla yad olunub.
Tədbirdə YAP Nizami rayon təşkilatının baş təlimatçısı Lamiyə Əhmədova, rayon Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin direktor müavini Kəmalə Əncümənur, münsiflər heyətinin üzvü Xanım İsmayılova bildiriblər ki, müsabiqənin keçirilməsində məqsəd ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti qarşısındakı misilsiz fəaliyyəti, onun dövlətçiliyimizin xilaskarı olması və bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin əsasının məhz Ümummilli Lider tərəfindən qoyulması ilə bağlı məlumatların şagirdlərə çatdırılmasından ibarətdir.
Çıxışlardan sonra müsabiqəyə start verilib.
Müsabiqədə 24 məktəbin nümayəndəsi iştirak edib. Hər bir müsabiqə iştirakçısının səsləndirdiyi şeirlər münsiflər heyəti tərəfindən qiymətləndirilib. Mətnin müsabiqənin mövzusuna uyğun seçilməsi, diksiya, düzgün tələffüz, orfoqrafiya, orfoepiya qaydaları və obrazlı ifa kimi kriteriyalar əsasında aparılmış qiymətləndirmənin nəticəsi olaraq 12 nömrəli orta məktəbin şagirdi birinci, 32 və 328 nömrəli orta məktəblərin şagirdləri ikinci, 61, 201 və 242 nömrəli məktəblərin təmsilçiləri isə üçüncü yerə layiq görülüblər.
Sonda qaliblərə medal və diplomlar təqdim edilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info