Sağlamlıq turizm potensialı ilə əyani tanışlıq davam edir
Tarix: 17.04.2017 | Saat: 18:11:00 | E-mail | Çapa göndər


Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan layihələrin 9 hədəfindən biri “Ekologiya və Sağlamlıqdır”. Bu məqsədlə, “Azərbaycan Sağlamlıq və Termal Turizminə Assosiasiyasının” təşkilati dəstəyi və “Qaşaltı Naftalan” otelinin əməkdaşlığı ilə 46 saylı məktəbin şagird və müəllim kollektivinin Naftalan şəhərində   “Azərbaycanın Təbii sərvətləri və Biomüxtəlifliyi” mövzusunda keçirilən seminar-ekskursiyada iştirakı baş tutub. 
Seminar-ekskursiyada , “Azərbaycan Sağlamlıq və Termal Turizminə Assosiasiyasının” sədri Ruslan Quliyev açılış nitqi ilə çıxış edib. O bildirib ki, belə tədbirlərin təşkilində məqsəd şagirdlərin bilik fəaliyyətini stimullaşdırmaq, eyni zamanda onların ölkəmizin sağlamlıq turizm potensialı ilə əyani tanış etməkdən ibarətdir. Daha sonra, “Qaşaltı Naftalan” otelinin direktoru Rasim Mirzəyev şagirdlərə Naftalan şəhəri və turizmi haqqında məlumatlar verib və şagirdlərin suallarını cavablandırıb.
Naftalan nefti haqqında iştirakçılara məlumat verən otelin baş həkim müavini Kəmaləddin Şahmuradov analoqu olmayan Naftalan neftinin tarixi və müalicəvi əhəmiyyətlərindən bəhs edib.  Fizioterapevt Elnarə Hacıyeva otelin müalicə və reabilitasiya xidmətləri haqqında şagirdlərə məlumat verib. 
46 saylı məktəbin direktoru Sevinc Budaqova da, öz növbəsində belə layihələrin keçirilməsinin davamlılığının əhəmiyyətini qeyd edib. Təşkilatçılara və iştirakçılara öz təşəkkürlərini bildirib. Seminarın sonunda şagirdlərə sertifikatlar təqdim olunub.
Seminar-ekskursiya həm müəllimlər, həm də şagirdlər üçün olduqca maraqlı keçib. Otelin əyləncə mərkəzində proqramlar şagirdlər tərəfindən keçirilən “flashmob” hamının marağına səbəb olub. Seminardan sonra Naftalan şəhəri ilə tanış olan ekskursiya iştirakçıları Heydər Əliyev mərkəzini ziyarət ediblər. Daha sonra Bakıya qayıdan heyət bələdçi Süleyman Süleymanovun ölkəmiz haqqında verdiyi maraqlı məlumatları dinləyiblər. Layihə ilə bağlı tədbirlərin keçirilməsi davam etdirilir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib
20.09.2018
Prezidentin köməkçisi: “Ərazilərin minalardan təmizlənməsi humanist missiyadır”
20.09.2018
Azərbaycanın milli qəhrəmanları haqqında ingilis dilində məqalələr hazırlanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info