Pirallahıda rus icmasının Pasxa bayramı qeyd edilib
Tarix: 17.04.2017 | Saat: 18:13:00 | E-mail | Çapa göndər


Aprelin 16-da Pirallahı rayonunda xristianların müqəddəs Pasxa bayramı münasibətilə tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, Rus icmasının üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri açıq elan edən Bakı Yeparxiya İdarəsinin katibi, Mixail Arxangel adına rus pravoslav kilsəsinin keşişi protoiyerey Mefodiy Əfəndiyev bildirib ki, Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməyib, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli mədəni və dini münasibətlər mövcud olub. Daha sonra Prezident İlham Əliyevin iki gün əvvəl Azərbaycanın pravoslav xristian icmasını Pasxa bayramı münasibətilə təbriki oxunub. Diqqətə çatdırılıb ki, ölkəmizdə  Prezident İlham Əliyevin rəhbərliyi altında dövlət-din münasibətləri demokratik prinsiplərə və beynəlxalq hüquq normalarına uyğun olaraq tənzimlənir və hər bir insanın dini etiqad azadlığı təmin olunur. 
Tədbirdə qeyd edilib ki, bu il Pasxa aprelin 16-da qeyd edilir və katoliklərin Pasxası ilə eyni vaxta düşür. İsa peyğəmbərin dirilməsi münasibətilə qeyd edilən Pasxanın qədim ənənələri var. “Pasxa” sözü qədim yəhudi dilində “çıxma”, “qurtulma” deməkdir.
    Rayon İcra Hakimiyyəti başçısı Aparatının  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Vüsal Babayev hamını salamlayaraq Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun adından tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib. Qeyd edilib ki,  yüz illər boyu Azərbaycanda yaşayan müxtəlif xalqlar arasında ənənəvi dostluq və qardaşlıq münasibətləri mövcud olub, ayrı-ayrı dinlər və etiqadlar qarşılıqlı hörmət və etimad şəraitində fəaliyyət göstərib. Ümummilli lider Heydər Əliyev həmişə ölkə ərazisində yaşayan azsaylı xalqlara hörmətlə yanaşıb, onların bütün sahələrdə azad fəaliyyəti üçün dövlət səviyyəsində şərait yaradıb. Bu gün Azərbaycan dünyada nümunəvi tolerantlıq və multikulturalizm məkanı kimi tanınır. Natiq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı siyasətin nəticəsində ölkəmizdə tolerantlığın qorunub saxlanıldığı, müxtəlif dinlərə və təriqətlərə hörmət və ehtiramın yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. 
Toplantıda çıxış edən Pirallahı rayon Rus icmasının sədri Elena Aşurova, qəsəbə sakini İnna Seroşdan və digərləri Azərbaycanda özlərini öz doğma vətənlərindəki kimi hiss etdiklərini bildirərək onlar üçün yaradılan hər bir şərait üçün ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. 
Sonda tədbirdə iştirak edənlərə hədiyyələr paylanılıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
“Təqaüdlərin artırılması dövlətin tələbə gəncliyə göstərdiyi böyük qayğının daha bir əməli ifadəsidir”
15.02.2019
Bərdədə məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə təşkil edilib
15.02.2019
Neftçalada özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış olub
15.02.2019
Sahil Babayev Neftçalada 5 rayonun sakinləri ilə görüşüb
15.02.2019
Təqaüdlərin artırılması tələbələrin sosial müdafiəsinin daha da yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 Bakıda yeni otel istifadəyə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info