“İŞİD” başçısının “Qafqaz əmiri” ləqəbli köməkçisi öldürülüb
Tarix: 17.04.2017 | Saat: 22:53:00 | E-mail | Çapa göndər


“İŞİD” qruplaşmasının başçısı Əbu Bəkr əl-Bağdadinin əsas köməkçilərindən biri Mosul yaxınlığında öldürülüb. İraqın Al Sumaria telekanalının məlumatına görə, “Qafqaz əmiri” ləqəbli Hasibullah əl-Qafqazi Mosulun qərbində yerləşən Tall-Afar rayonundakı evinin qarşısında naməlum şəxslər tərəfindən qətlə yetirilib. Sui-qəsddən sonra “İŞİD” qruplaşması ümumi səfərbərlik elan edib və yaşayış məhəllələrində qatilləri axtarır. Xatırladaq ki, Mosulun “İŞİD”dən azad edilməsi uğrunda irimiqyaslı əməliyyatlar ötən ilin oktyabrında başlayıb. Yanvarın sonlarında hökumət qüvvələri beynəlxalq antiterror koalisiyası aviasiyasının dəstəyi ilə Mosulun şərq hissəsinə nəzarəti ələ keçirməyə nail olub. Fevralın 19-da isə İraq ordusu qərbi Mosula hücuma keçib. Aprel ayının əvvəlində İraqın hökumət qüvvələrinin nümayəndəsi əl-Bağdadinin Mosulda mühasirədə ola biləcəyini deyib.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info