Saakaşvilinin qardaşı Ukraynadan qovulub?
Tarix: 17.04.2017 | Saat: 22:56:00 | E-mail | Çapa göndər


Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin qardaşı Ukraynada daimi yaşayış hüququndan məhrum edilib. “Lenta.ru” saytının məlumatına görə, bu barədə M. Saakaşvili özünün “Facebook” səhifəsində yazıb. “Dünən xəbər tutdum ki, Ukrayna Təhlükəsizlik Xidmətinin məktubu əsasında qardaşım David Saakaşvilinin daimi yaşayış hüququ ləğv edilib və o, Ukraynanı tərk etməlidir. Çox alçaq bir hərəkətdir. Bizi dəstəkləyən iş adamlarının müəssisələrini bağlayırlar, amma oliqarxlara toxunmurlar. Bunu da adlayarıq. Bu bizim düzgün yolda olduğumuzun sübutudur”. Qeyd edək ki, M. Saakaşvili 2015-ci ilin mayından 2016-ci ilin noyabrınadək Odessa rayon administrasiyasının başçısı olub. Vəzifəsindən gedən M. Saakaşvili bəyan edib ki, ölkədə korrupsionerlərin üstün olduğu bir vaxtda ayrıca bir regionda vəziyyəti dəyişmək çətindir. 2017-ci ilin fevralında M. Saakaşvilinin yaratdığı siyasi partiya qeydiyyatdan keçib.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info