ABŞ Avropanın nüvə qalxanını yeniləyir
Tarix: 17.04.2017 | Saat: 23:02:00 | E-mail | Çapa göndər


Artıq yeni modifikasiya olunmuş aviabombaları Türkiyədəki “İncirlik”, İtaliyadakı “Aviano”, Almaniyadakı “Byuxel” və Belçikadakı “Kleyn-Broqele” bazalarında yerləşdirib

ABŞ-ın Nevada ştatında yeni “B61-12” atom bombasının sınağı ilə bu ölkə təyyarələrinin Əfqanıstanda ən böyük qeyri-nüvə bombası (“GBU-43/B”) atması üst-üstə düşüb. Bununla yanaşı, Yaponiyada lövbər salan ABŞ-ın nüvə daşıyan “Carl Vinson” təyyarə gəmisi Şimali Koreyanı hazırda nişangahda saxlayır. Pentaqon Avropada isə ilk dəfə olaraq beşinci nəsil qırıcı-bombardımançı və eyni zamanda nüvə başlıq daşıya bilən “F-35A Lightning II” təyyarələrini yerləşdirib. Təbii ki, bütün bu faktlar-taktiki nüvə silahlarının inkişafı və istifadəsi Rusiyanı narahat etməkdədir.

Moskva cavab olaraq “Çirkon” hipersonik raketlərini sınaqdan keçirir

Baş verənlər Rusiya tərəfindən strateji nüvə silahlarının azaldılması üzrə müqavilələrin pozulması kimi dəyərləndirilir. NATO taktiki nüvə başlıqlarının Avropada yerləşdirilməsini dəstəkləyir və bunu “Rusiya təhlükəsi” ilə əlanqələndirir. ABŞ və onun müttəfiqləri isə nüvə silahlarının təkmilləşdirilməsini, alyansın döyüş imkanlarının yaxşılaşdırılması məqsədi daşıdığını bildirirlər. Vaşinqtonun “Nuclear Information Project” institutu ABŞ-ın müxtəlif dəyişikliklərə məruz qalan taktiki nüvə silahlarını yerləşdirdiyi ölkələr barədə məlumatlar yayır. Bu silahların hansı dağıdıcı gücə malik olması barədə müxtəlif fikirlər səsləndirilir. Almaniyanın “ZDF” telekanalı bu ölkə ərazisində yerləşdirilən 20 yeni nüvə bombasını, vaxtilə Xirosimaya atılan bomba ilə müqayisədə 80 atom bombası gücünə uyğun kimi dəyərləndirib. Qeyd edilir ki, ABŞ yeni modifikasiya olunmuş aviabombaları artıq Türkiyədəki “İncirlik”, İtaliyadakı “Aviano”, Almaniyadakı “Byuxel” və Belçikadakı “Kleyn-Broqele” bazalarında yerləşdirib. Rusiyalı ekspert Yuriy Netkaçev “Nezavisimaya qazeta”ya bildirib ki, Rusiya da yerində saymır və bu ölkə də taktiki nüvə silahlarına malikdir: “Bu silah müxtəlif qoşun növlərində mövcuddur. Rusiyaya qarşı nüvə silahlı tətbiq etməyə cəhd edən hər hansı bir dövlətə qarşı biz yeni strateji nüvə silahından istifadə edə bilərik”. Hərbi ekspert fikrini əsaslandırmaq üçün sınaqdan keçirilən yeni hipersonik raketi – “Çirkon”u nümunə göstərib və qeyd edib ki, bu raketlərin qarşısını müasir dövrdə heç bir hava müdafiə sistemi tərəfindən almaq mümkün deyil. Qeyd edək ki, bu yaxınlarda Rusiyanın müdafiə naziri Sergey Şoyqu da “Çirkon”u Rusiya donanmasının “əsas gücü” kimi dəyərləndirib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
Peskov: “Putin Ərdoğana çox etibar edir”
15.02.2019
Yerevanda “Rusiyada necə inqilab etməli?” kursları keçirilib
15.02.2019
Yerevanda avtobus sürücüləri tətil edirlər
15.02.2019
İslamabadda “İpək yolunun dostları” təşəbbüsünə start verilib
15.02.2019
ABŞ Rusiya ilə Almaniya arasında “Berlin divarı” çəkə biləcəkmi?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10601

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
5 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info