Türkiyə konstitusiya dəyişikliyinı “hə” dedi
Tarix: 17.04.2017 | Saat: 23:03:00 | E-mail | Çapa göndər


Ərdoğan: “200 illik sistemin dəyişdirilməsi barədə tarixi qərarın verildiyi gündür”

Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı aprelin 16-da keçirilmiş ümumxalq səsverməsinin nəticələrini hakim Ədalət və İnkişaf Partiyasının (AKP) tərəfdarları böyük sevinclə qarşılayıblar. Nəticəyə əsasən seçicilərin 51.41 faizi konstitusiya dəyişikliyinə “hə”, 48.59 faizi “yox” deyib. AKP-nin sədri, Baş nazir Binəli Yıldırım partiyanın mərkəzi qərargahı qarşısında toplaşan çoxsaylı siyasi həmfikirləri qarşısında çıxış edib. Referendumun Türkiyənin həyatında tarixi əhəmiyyət daşıdığını qeyd edən Baş nazir B.Yıldırım səsvermədə iştiraka görə bütün xalqa, o cümlədən AKP-nin üzvlərinə, onlara dəstək olan hər kəsə təşəkkürünü bildirib. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan referendumla bağlı səsvermənin nəticələrinin elan edilməsindən sonra mətbuat konfransı keçirib. O, referendumun nəticələrinin ölkə üçün xeyirli olmasını arzu edib. Səsvermədə fəal iştirak etdiyinə görə türk xalqına təşəkkür edən Prezident Ərdoğan bildirib : “Bu, tarixi hadisədir. Bu gün 200 illik sistemin dəyişdirilməsi barədə tarixi qərarın verildiyi gündür. Bu dəyişikliklərə “hə” deyənlərə minnətdarlığımı bildirirəm. Biz qarşılaşacağımız hər problemi, çətinliyi, böhranı aradan qaldırmaq iqtidarındayıq. Bunun bariz nümunəsini 15 iyul hadisələri zamanı gördük”. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. Prezident İlham Əliyev Türkiyə Respublikası Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı referendumun uğurla keçirilməsi və əhalinin çoxluğunun bu dəyişikliklərə səs verməsi münasibətilə Türkiyə Prezidentini və xalqını təbrik edib, referendumun nəticələrini xalqın Prezident Rəcəb Tayyib Ərdoğanın siyasətinə verdiyi böyük dəstək kimi qiymətləndirib. Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirib. Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.
Anar




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Şri-Lanka hadisələrini DAEŞ boynuna götürdü, amma...
23.04.2019
İŞİD Şri-Lankadakı partlayışlara görə məsuliyyəti üzərinə götürüb
23.04.2019
Hitler Argentinaya qaçıb: FTB gizli sənədləri açıqlayıb
23.04.2019
Şri-Lankada partlayışlarda ölənlərin sayı 310-a çatıb
23.04.2019
Nigeriyada polis avtomobili insanların üzərinə sürüb: 8 ölü, 30 yaralı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info