: “Yuventus”a lazımi qədər qol vuracağıq”
Tarix: 17.04.2017 | Saat: 23:08:00 | E-mail | Çapa göndər


“Barselona”nın hücumçusu Neymar Çempionlar Liqasında yarımfinal şanslarını dəyərləndirib. Braziliyalı futbolçu növbəti dəfə futbol dünyasını şoka salmaq iqtidarında olduqlarını bildirib.
“Sambaçı” 1/4 final mərhələsinin ilk matçında 0:3 hesabı ilə məğlub olduqları “Yuventus”dan bunun revanşını almağa çalışacaqlarını vurğulayıb. Neymarın fikrincə, komandası ardıcıl ikinci dəfə möcüzə gerçəkləşdirəcək gücdədir: “Mübarizəni 1/4 finalda dayandırmayacağımıza inanırıq. Atamın bir sözü heç vaxt yadımdan çıxmır. O demişdi ki, rəqibin kim olmasının heç bir önəmi yoxdur. Fakt odu ki, biz “Barselona”yıq. Bu komandanın əzəmətliliyi sonsuza qədər davam edəcək. Deməli, biz istənilən işin öhdəsindən gələ bilərik. Bunu bir dəfə PSJ ilə matçda göstərdik və yenidən təkrarlaya bilərik. Meydanda bütün gücümüzü ortaya qoymaq məcburiyyətindəyik. Əgər hər şeyi düzgün etsək, ikinci möhtəşəm geri dönüş olacaq. Bu komandanın potensialına hər kəs bələddir. İtirəcəyimiz bir şey yoxdur. Ən qorxulu komanda da itirəcək bir şeyi olmayandı. Əlbəttə ki, çətin olacaq. Çünki “Yuventus” böyük klubdur. Buna baxmayaraq, əgər 90 dəqiqə ərzində çox çalışsaq, əminəm ki, “Yuventus”a lazımi qədər qol vuracağıq”. Qeyd edək ki, “Barselona” – “Yuventus” oyunu aprelin 19-da “Nou Kamp” stadionunda keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info