“Qarabağ” növbəti dəfə Azərbaycan çempionu oldu
Tarix: 17.04.2017 | Saat: 23:11:00 | E-mail | Çapa göndər


Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub. Premyer Liqanın lideri Ağdamın “Qarabağ” komandası sona iki tur qalmış 2016-2017-ci il mövsümündə çempionluğunu elan edib. “Qarabağ” çempionluğu rəsmiləşdirmək üçün lazım olan 3 xalı səfərdə paytaxt təmsilçisi “İnter” komandasını 3:0 hesabı ilə məğlubiyyətə uğradaraq əldə edib. Paytaxtdakı “İnter Arena”da keçirilən oyunun birinci hissəsinin 4-cü dəqiqəsində “Qarabağ”ın heyətində Mahir Mədətov “İnter”in qapısından ilk topu keçirərək hesabı açıb - 1:0. İlk hissədə “Qarabağ futbolçuları daha bir neçə dəfə qol vurmaq imkanı əldə etsələr də, uğur qazana bilməyiblər. İkinci hissəyə sürətli hücumlarla başlayan Ağdam klubu matçın 54-cü dəqiqəsində ikinci qolu meydan sahiblərinin qapısından keçiriblər. Oyunda Cənubi afrikalı hücumçu Dino Ndlovu fərqlənib - 2:0. Dino Ndlovu görüşün 78-ci dəqiqəsində dubl etməklə hesabı 3:0-a çatdırıb. Bununla da lider ən yaxın izləyicisi “Qəbələ”ni 7 xal geridə qoyub. Beləliklə, oyunda üç xala sahib olan Qurban Qurbanovun yetirmələri bu qələbə sayəsində sona iki tur qalmış ardıcıl dördüncü dəfə Azərbaycan Premyer Liqasının çempionu adını qazanıblar. Xatırladaq ki, günün ilk görüşündə “Qəbələ” klubu çempionluq mübarizəsində “Kəpəz”ə Gəncədə 2:0 hesabı ilə məğlub olaraq səfərdə xal itirib. Bununla da “Qəbələ” çempionluq şanslarını faktiki itirib. İyirmi altı oyundan sonra xalların sayını 56-ya çatdıran “Qarabağ” komandası turnir cədvəlində birinci sırada yer alıb. “Qəbələ” 49 xalla ikinci, “İnter” isə 43 xalla üçüncü pillədə qərarlaşıb. Digər yerləri isə müvafiq olaraq, “Zirə” (33), “Sumqayıt” (32), Kəpəz (30), “Neftçi”(29) komandaları tuturlar. Aktivində 10 xal olan “AZAL” isə sonuncu pillədədir.




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
“Barselona“ “Sevilya“nı məğlubiyyətə uğradıb
23.02.2019
İngiltərə Premyer Liqası: “Tottenhem” səfərdə məğlub oldu
23.02.2019
“Mançester Siti” Emerik Laport ilə yeni müqavilə imzalayıb
22.02.2019
Rusiya Futbol İttifaqının yeni prezidenti məlum oldu
22.02.2019
Pauerliftinq üzrə Paralimpiya yığmamızın üzvləri ilə görüş keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 1400 manat maaşla sürücü axtarılır
5 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info