“Malta Azərbaycan ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır”
Tarix: 18.04.2017 | Saat: 15:40:00 | E-mail | Çapa göndər


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Maltaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Cozef Muskat ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Baş nazir Cozef Muskat ikitərəfli əlaqələrin mövcud vəziyyətindən məmnunluq ifadə edib. O, Maltanın Azərbaycan ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib və bu səfərin ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyinə inamını ifadə edib.
Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin əhəmiyyətinə toxunan Cozef Muskat Aİ-nin yüksək səviyyəli rəsmiləri tərəfindən bu münasibətlərin strateji tərəfdaşlıq kimi qiymətləndirilməsini alqışladığını deyib. Baş nazir Avropa İttifaqına hazırda sədrlik edən dövlət qismində Maltanın Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sazişinin imzalanmasını dəstəklədiyini və sazişin razılaşdırılmasına töhfə verməyə hazır olduğunu diqqətə çatdırıb.
Elmar Məmmədyarov iki ölkə arasında əlaqələrin son illərdə dinamik şəkildə inkişaf etdiyini və həyata keçirilmiş yüksək səviyyəli səfərlərin əlaqələrin inkişafına münbit zəmin yaratdığını bildirib. Nazir bu xüsusda iqtisadi və enerji sahəsində əməkdaşlığın inkişafında əldə olunan müsbət nəticələri qeyd edib.
Maltaya rəsmi səfərinin bu ölkənin Avropa İttifaqına sədrliyi dövrünə təsadüf etdiyini deyən nazir Elmar Məmmədyarov Aİ-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri, tərəfdaşlığa dair yeni saziş layihəsi üzrə aparılan danışıqlar barədə ətraflı məlumat verib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinə toxunan nazir Elmar Məmmədyarov Aİ-nin dövlətlərin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi təməl prinsiplərə sadiqliyinin bütün münaqişələrə münasibətdə vahid və birmənalı şəkildə ifadə olunmasının vacibliyini vurğulayıb.
Görüşdə əlaqələrin müxtəlif sahələrdə inkişafı, transmilli enerji və nəqliyyat layihələri, habelə qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info