Yeni qlobal standartlar bəyənilib
Tarix: 18.04.2017 | Saat: 16:12:00 | E-mail | Çapa göndər


Koreya Respublikasının İnçxon şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) himayəsi ilə keçirilən görüşdə yeni qlobal standartlar bəyənilib. AZƏRTAC BMT Xəbərlər Mərkəzinə istinadla bildirilir ki, bu standartların məqsədi - beynəlxalq miqyasda bitki və toxum alverinin təhlükəsizlik səviyyəsinin daha da artırılmasını təmin etməkdir.
Hər il planetin bütün guşələrindən olan müxtəlif növ yüklərlə dolu, böyük ölçülü 500 milyondan çox polad konteyner gəmilərlə daşınır. Bəzən həmin konteynerlərdə “biletsiz sərnişinlər” - kənd təsərrüfatı ziyanvericilərinin müxtəlif növləri (qaraçı güvəsindən başlamış, nəhəng Afrika ilbizlərinə və Argentina qarışqalarına qədər) “gizlənir”.
Kənd təsərrüfatı məhsulları alverinin sürətlə artması səbəbindən, bütün yük partiyalarına lazımınca nəzarət edilməsi çətinləşir.
Toxum daşınan konteynerlərdə də belə ziyanvericilərin olması xüsusi narahatlıq doğurur. Çünki bu toxumlar əkilmək üçün nəzərdə tutulur və ziyanvericilərin təzə torpaqda canlanaraq çoxalmağa başlaması ehtimalı yüksəkdir.
Hazırda beynəlxalq toxum ticarəti sistemi çərçivəsində əmtəə dövriyyəsi hər il təqribən 12 milyard ABŞ dollarına çatır. Yeni standartlar ölkələr arasında bu problemlərin həlli üsullarını razılaşdırmağa kömək edəcək.
FAO-nun nümayəndəsi Jinquan Ksia deyib: “Bitki ziyanvericilərinin yeni ərazilərdə yayılmasının qarşısını almaq üçün ən səmərəli üsul konsensus yolu ilə qəbul olunmuş bu standartların tətbiq edilməsidir. Yeni standartlar bioloji müxtəlifliyin, ərzaq təhlükəsizliyinin və kənd təsərrüfatı malları ticarətinin təmin edilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir”.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar
15.11.2018
Yaponiya yaxın 5 ildə 345 minədək əcnəbi işçi qəbul edə bilər
15.11.2018
Rusiya ilə danışıqlar 1956-cı ilin bəyanatı üzərində qurulub
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info