Ağcabədidə təlim keçirilib
Tarix: 18.04.2013 | Saat: 22:08:00 | E-mail | Çapa göndər


“Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyi (YGD) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi "Məcburi köçkün gənclərin karyera quruculuğunun və peşəkarlığının inkişafı" layihəsinin icrasını davam etdirir. Birlik tərəfindən təlim materialları və çap məhsulları hazırlandıqdan sonra məcburi köçkünlərin məskunlaşdığı regionlarda ilk olaraq bu sahədə ictimai monitorinq və sorğular keçirilib. YGD-dən qəzetimizə bildirilib ki, sorğu əsasında hesabat hazırlandıqdan sonra bölgələrdə təlimlərə start verilib.
Ağcabədi rayonunda keçirilən və 2 gün davam edən təlimlərdə 50 nəfərdən artıq məcburi köçkün gənc iştirak edib. Gənclərlə yanaşı, təlimdə yerli İcra Hakimiyyətinin, rayon Gənclər və idman idarəsinin və Məşğulluq mərkəzinin məsul əməkdaşları da iştirak edib və təlimlə bağlı öz müsbət fikirlərini bildiriblər. Təlimdə layihə üzrə birliyin tərəfdaşı olan Laçın rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq Mustafayev çıxış edərək, layihənin məcburi köçkün gənclər üçün böyük əhəmiyyətini vurğulayıb və bu kimi layihələrin davamlı olaraq həyata keçirilməsini arzu edib.
Təlimdə ekspert-təlimçi Rəşad Bayramov məcburi köçkün gənclərə karyera quruculuğu, ona gedən yol, iş axtarmaq metodları, iş müsahibələri, CV, maraq məktublarının hazırlanması, peşəkarlıq imkanlarının artırılması, məşğulluq sahəsində normativ-hüquqi sənədlərin hazırlanması və digər zəruri, maraqlı mövzularda ətraflı məlumat və bilgilər verib və gənclərin suallarını cavablandırıb.
Təlimdə gənclərə, birlik tərəfindən hazırlanan 2 kitabça - “Məcburi köçkün gənclər üçün karyera quruculuğu və peşəkarlıq imkanlarına dair” Yaddaş kitabçası və Məlumat toplusu paylanıb.
Layihənin davamlılığı və gələcək fəaliyyət üçün yerlərdə məcburi köçkün gənclərdən könüllü təlimçilər şəbəkəsinin qurulması da qərara alınıb.
FUAD




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq
25.05.2019
“Qafqazda Azərbaycan və erməni məsələsi“ kitabının müzakirəsi keçirilib
24.05.2019
Azərbaycan “Ordu-2019” Forumunda öz ekspozisiyasını təqdim edəcək
24.05.2019
Qars şəhərində Azərbaycan-Türkiyə qardaşlıq yürüşü keçirilib
24.05.2019
“Siyasi repressiya qurbanları mu­zeyi“nin açılışı olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 …Hər sözdə vətən axtaran soydaşımız


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info