“Hetq Armenia”: “Ermənistanda əksər ailələr uşaqlarını ağır şəraitdə böyüdürlər”
Tarix: 18.04.2017 | Saat: 17:44:00 | E-mail | Çapa göndər


Ermənistanda miqrasiya qarşısıalınmaz problemə çevrilib. İlin ilk üç ayında işğalçı ölkəni 20 mindən çox insan tərk edib, 230 nəfər vətəndaşlıqdan imtina ərizəsi yazıb.
“Hetq Armenia” televiziyasının təqdim etdiyi reportajda bildirilir ki, ölkədə əksər ailələr uşaqlarını ağır şəraitdə böyüdürlər. Hökumət işsiz və imkansız vətəndaşlar üçün heç bir sosial layihə həyata keçirmir. Xaricdən yardımlar olmasa, vəziyyət daha kəskin həddə çata bilər.
Statistikaya əsasən Ermənistanda əksər ailələrin aylıq gəliri 40 min dramı keçmir. Həmin məbləğ isə bir nəfərin yaşaması üçün belə kifayət deyil. Bu cür ailələrin sayı hər ay artır.
Ağır həyat şərtlərinə dözə bilməyən insanlar çıxış yolunu başqa ölkələrə sığınmaqda görürlər. Son statistik məlumata əsasən 2008-ci ildən bəri Ermənistanı 430 min nəfər tərk edib. Bunun da 20 mini bu ilin üç ayının payına düşür.
Erməni iqtisadçı Vahaqn Xaçatryan deyib ki, bu qədər vətəndaşın xaricə köçməsi mənfi nəticələr verəcək. Ötən il ölkəni 54 min nəfər tərk edib və onlardan 43 min 438-i geri dönməyib. Bu da onu göstərir ki, insanlar xaricə daimi yaşamağa gedirlər. Çünki ölkədə işsizlik ən qorxulu bəladır. Belə şərtlər altında heç kim yaşamaq istəməz.AZƏRTAC
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info