Yeniyetmələr arasında insan alverinə qarşı maarifləndirmə
Tarix: 18.04.2013 | Saat: 22:16:00 | E-mail | Çapa göndər


İnsan alverinə qarşı QHT Koalisiyasının üzvü, XXl Əsrin Qadınları İctimai Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Yeniyetmə və gənc qızlar arasında insan alverinə qarşı maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində tədbir keçirib.
Salyan rayonu, A.Səfərov adına ümumi orta internat məktəbində baş tutan tədbirdə çıxış edən Salyan rayon Təhsil Şöbəsinin müdiri Əbülfəz Bədəlov insan alveri problemi mövzusunda maarifləndirmə işinin aparılmasının çox vacib olduğunu vurğulayıb. Tədbirdə çıxış edən İnsan alverinə qarşı QHT Koalisiyasının üzvü, «XXI Əsrin Qadınları» İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova bildirib ki, işsizliyin aradan qaldırılması, yeni açılan iş yerləri bu çirkli biznesin - insan alverinin azalmasına gətirib çıxarıb. O bildirib ki, insan alveri problemi ümumbəşəri problemdir. Bu bəla Azərbaycandan da yan keçməyib. Onun sözlərinə görə, bu alver dünyada silah və narkotika alverindən sonra üçüncü sırada dayanır. O, insan alveri, onun qurbanları, bu alverin doğurduğu fəsadlar, Azərbaycanda insan alverinə qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barəsində məlumat verib. Bildirib ki, bu alverin qurbanları təkcə qadınlar olmur. Qadınlarla yanaşı, kişilər və uşaqlar da insan alveri qurbanına çevrilə bilər. M. Əmirhüseynova həmçinin onu da bildirib ki, xarici ölkələrdən yüksək əməkhaqqı ilə iş təklifi aldıqda bunu müxtəlif yollarla araşdırmaq lazımdır. Daha sonra birliyin sədri insan alverinin qurbanına çevrilməyin digər metodu olan xaricdə təhsil almaq imkanı adı ilə məlumatsız şəxslərin bu bəlaya düçar olmasından da danışıb. Daha sonra Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsindən İnsan alveri qurbanları ilə işin təşkili şöbəsinin mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Araz Babayev mövzu ilə bağlı ətraflı çıxış edib. Tədbirdə «Satılmış həyat» filmi nümayiş olunub və iştirakçılara bukletlər paylanıb. Sonda internat məktəbinin direktoru Təranə Şeriyeva çıxış edərək QHT-lərə Dövlət Dəstəyi Şurasına belə mühüm və lazımi layihəni dəstəklədiyi üçün təşəkkürünü bildirib.
NIGAR




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
25.09.2018
AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq
25.09.2018
Xüsusi təyinatlılar üçün yeni snayper istehsalına başlanılıb
25.09.2018
Zeynab Kazımova yeni vəzifəyə təyinat alıb
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
3 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Öz vətənimdə dünya çempionu oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info