İlin I rübü ərzində Səbail rayonunda 536 yeni iş yeri açılıb
Tarix: 18.04.2013 | Saat: 22:20:00 | E-mail | Çapa göndər


Prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Səbail Rayon İcra Hakimiyyəti başçısı yanında rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunub. İclası giriş sözü ilə açan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirdi ki, ölkədə müxtəlif sahələrdə baş verən inkişaf Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir.
Hesabat dövründə Səbail rayonunda görülən işlərdən danışan Asif Əsgərov bildirdi ki, 2013-cü ilin ilk üç ayı ərzində rayonun sənaye müəssisələri tərəfindən istehlakçılara 5.976,8 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,5 % az sənaye məhsulu istehsal edilib. Nəqliyyat müəssisələri tərəfindən 153,4 milyon manatlıq və ya keçən illə müqayisədə 7,8 % çox, rabitə müəssisələri tərəfindən 144,5 milyon manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 1,0 % çox rabitə xidmətləri göstərilib. Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 899,6 milyon manat olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 36,7 % artıb. Tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 243,4 milyon manat olub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tikinti quraşdırma işləri 3,4 dəfə artıb. 2013-cü ilin I rübü ərzində Səbail rayonu ərazisində 536 yeni iş yeri açılıb ki, bunlardan hamısı daimi iş yerləridir. Ümumilikdə 2009-2013-cü ilin mart ayına kimi Səbail rayonunda 9030 daimi iş yeri açılıb. «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»na uyğun olaraq 2013-cü ilin ilk 3 ayı ərzində 3 saylı Vərəm Əleyhinə Dispanserdə, C.Hacıyev adına 3 saylı Uşaq Musiqi məktəbində və A.H.Kazımov adına 1 saylı şəhər poliklinikasında, 44 saylı uşaq bağçasında aparılan əsaslı təmir-yenidənqurma işləri başa çatdırılıb, 20-ci yaşayış sahəsində 102 və 118 saylı 35 kilovoltluq 2 yeni yarımstansiya şəbəkəyə qoşulub, Bibiheybət qəsəbəsində post məntəqəsi açılıb.Badamdar qəsəbəsində yeni su anbarlarının tikintisi aparılır, Bibiheybət qəsəbəsində Mədəniyyət evi və qəsəbə kitabxanasının tam əsaslı təmir-yenidənqurma işləri, qəsəbədəki 70 saylı Uşaq bağçası üçün 2 mərtəbəli əlavə korpus tikintisi və bağçanın köhnə binasının, 33 saylı poliklinikanın əsaslı təmiri davam edir. Hazırda rayon ərazisində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın, Alov qüllələri kompleksinin, Badamdar qəsəbəsində Oksford məktəbi üçün yeni tədris korpusunun, Azadlıq Meydanında yeraltı və Fəvvarələr Meydanında yerüstü qarajların, Ə.Yaqubov küçəsində kütləvi informasiya vasitələri işçiləri üçün yeni binanın, həmin küçədə Müasir İstedadlar Məktəbinin, Cənub mehmanxanasının sökülərək yerində 7 mərtəbəli yeni mehmanxananın, Q.Abbasov küçəsində yeni İş mərkəzinin tikintisi, yeni veloparkın yaradılması, Dövlət Musiqili Komediya Teatrının əsaslı təmiri və s. işlər davam edir. Bu işlər çərçivəsində Azadlıq Meydanı ərazisinin tam şəkildə təmiri başa çatdırılıb, yola yeni asfalt örtüyü çəkilib. RİH tərəfindən Dağüstü parkda rayonun ictimai təşkilatları və Şəhidlər xiyabanı kompleksində çalışan texniki xidmətlərin işçiləri üçün yeni bina, Badamdar qəsəbəsində texniki xidmət işçiləri üçün 2 mərtəbəli xidməti yaşayış binasının inşası başa çatdırılıb, oradakı mənzillər lazımi mebel və avadanlıqla təmin olunub. 2013-cü ilin ilk 3 ayı ərzində Səbail rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ünvanlı sosial yardım almaq üçün 417 ailə (1689 ailə üzvü) müraciət edib, onların sənədlərinə müvafiq qaydada baxılaraq orta hesabla hər bir ailəyə 115,49 manat sosial yardım təyin olunub. Səbail rayon Məşğulluq Mərkəzinə ilin ilk 3 ayı ərzində müraciət edən 187 nəfər işaxtaran vətəndaş daimi işlə təmin olunub, Ərazi Məşğulluq Proqramına əsasən cari ilin birinci rübü ərzində 16 nəfər iş axtaran vətəndaş üçün Mərkəzdə İngilis dili üzrə peşə kursu açılıb, Əmək yarmarkasında 18 nəfən daimi işlər təmin olunub.
İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı, həm də həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunub.
NIGAR




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
İş vaxtı ərzində işçi digər peşə üzrə əmək funksiyasını da icra edərsə, onun əmək haqqına əlavə ödənilməlidir
19.02.2019
Beyləqanın Əhmədli və Gödəklər kəndlərində modul tipli məktəb binaları istifadəyə verilib
19.02.2019
Əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni müavini təyin olunub
19.02.2019
Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüş olub
18.02.2019
“Bizim həyət”: abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info