“Normand dördlüyü” liderləri arasında telefon danışığı olub
Tarix: 19.04.2017 | Saat: 00:04:00 | E-mail | Çapa göndər


“Normand dördlüyü” liderləri arasında telefon danışığı olub. “RİA Novosti” agentliyinin xəbərinə görə, Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel, Fransa dövlət başçısı Fransua Olland və Ukrayna prezidenti Pyotr Poroşenko Minsk razılaşmalarının yerinə yetirilməsini müzakirə ediblər. Söhbət zamanı həmçinin Donbasda atəşkəs rejiminə əməl edilməsinin vacibliyi vurğulanıb. Ölkə liderləri ilk öncə təhlükəsizlik və siyasi məsələlər sahələrində Minsk razılaşmalarının tam yerinə yetirilməsinin vacibliyini təsdiqləyiblər. Qeyd edək ki, “Normand dördlüyü” formatında danışıqlara 2014-cü ildə başlanılıb. Fransa, Almaniya, Rusiya və Ukrayna liderləri İkinci Dünya Müharibəsi zamanı müttəfiq qoşunlarının Normandiyaya çıxarılması əməliyyatının 70-ci ildönümünə həsr olunmuş tədbirdə ilk dəfə bir araya gələrək Donbasdakı böhranı müzakirə ediblər. 17 saat davam edən ikinci görüş 2015-ci ilin fevralında Minskdə, həmin ilin oktyabrında baş tutan üçüncü görüş isə Parisdə keçirilib.




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
23.03.2019
Astana şəhərinin yeni adı Nur-Sultan oldu
22.03.2019
Ermənistanda qazın qiyməti artacaq
21.03.2019
“Ermənistan hakimiyyəti Qarabağ danışıqlarına hazır deyil“
20.03.2019
Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info