“Jamanak”: “Erməni investorlar klubu”na bir qəpik pul belə, keçirilməyib”
Tarix: 19.04.2017 | Saat: 00:29:00 | E-mail | Çapa göndər


Boğulan adam saman çöpündə belə, nicat yolu axtarar. Bu zərb-məsəlin bugünkü Ermənistan, bu ölkənin yeritdiyi cılız siyasətlə eyniyyət təşkil etdiyi göz önündədir. Hələ bir müddət bundan əvvəl Ermənistanın baş naziri seçilən Karen Karapetyan ölkənin miskin günə düşmüş büdcəsinə əlavələr etmək üçün müxtəlif yollar aramağa başlamışdı.
Rusiyada yaşayan erməni iqtisadçıların dəstəyindən yararlanmağa çalışan yeni baş nazirin bir çox cəhdləri cavabsız qalsa da, nəhayət, bir növ onun və "Tashir" şirkətlər qrupunun prezidenti Samvel Karapetyanın təşəbbüsü ilə Ermənistana yardam üçün qeyri-dövlət müqavilə investisiya fondu kimi “Erməni investorlar klubu” yaratdılar. 2017-ci ildə Ermənistanda 300 milyon dollar məbləğində investisiya proqramlarının həyata keçirəcəyini iddia edən tərəflər, unudurdular ki, vaxtilə artıq Ermənistana qahmar çıxan, bu ölkəyə sədəqə kimi sərmayə göndərən xariclərlə yanaşı, hətta artıq az-cox imkanı olan ermənilər belə, bundan beziblər. Təbii ki, “Jamanak” nəşri bildirir ki, bu günə qədər “Erməni investorlar klubu”na bir qəpik pul belə, keçirilməyib. Bu isə o qədər də təəccüblə qarşılanmamalıdır. Artıq xaricdəki imkanlı ermənilərin də Ermənistanın gələcəyinə olan ümidləri puç olmaqdadır. Maraqlı məqamlardan biri də budur ki, hələ “Erməni investorlar klubu”nun yaradılmasında iştirak edən ermənilərin əksəriyyəti belə, fondun gələcəyinə ümidli deyildilər. “Jamanak” nəşrinin yazdığına görə, "Tashir" şirkətlər qrupunun rəhbəri Samvel Karapetyan istisna olmaqla, heç kəs tərəfindən fonda bir qəpik belə, göçürülməyib. Samvel Karapetyanın belə fəallıq, canfəşanlığı, sən demə, onun şəxsi siyasi məqsədlərinə xidmət edirmiş. Belə ki, onun fonda keçirdiyi sərmayə müqabilində irəli sürdüyü mühüm şərtlərdən biri qardaşı Karen Karapetyanı Ermənistan parlamentinin sədri vəzifəsinə təyin etdirməklə bağlı imiş. Bu da sənə xoruzun quyruğu. Yeri gəlmişkən. xatırladaq ki, erməni başbilənlərinin belə uğursuz cəhdləri ölkə əhalisinin yaşam tərzindən də yan keçmir. Belə ki, Ermənistan boşalmaqda, ölkədən gedənlərin sayının artması davam etməkdədir. Bunu Ermənistan rəsmiləri də etiraf etmək məcburiyyətindədirlər. İşsizlik müqabilində imkansızlıqla üzləşən sadə erməni çıxış yolunu ölkədən getməkdə görür. Lakin bunun üçün də müəyyən sərmayə lazımdır. Ermənistandan verilən statistik məlumatlara görə, ölkədə əksər ailələrin aylıq gəliri 40 min dramı belə keçmir. Həmin məbləğ isə bir nəfərin belə, normal yaşaması üçün kifayət deyil. Xaricdən gələn yardıma ümid bəsləyən erməniləri də bir gün «Erməni investorlar klubu»nun aqibəti gözləyir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info