Meyvə-tərəvəzin keyfiyyətini necə müəyyənləşdirmək olar?
Tarix: 18.04.2013 | Saat: 22:27:00 | E-mail | Çapa göndər


Meyvə və tərəvəzlər süfrəmizin ayrılmaz hissəsidir. Onlar öz çeşid zənginliyinə görə mətbəximizdə özünəməxsus yer tutur və ilboyu gündəlik qidalanmada istifadə olunur. Fizioloji normaya əsasən insan, orqanizminin normal fəaliyyəti üçün ildə orta hesabla 106 kq meyvə-giləmeyvə, 130 kq tərəvəz və bostan məhsulları istehlak etməlidir.
Bu məhsulların tərkibində insan orqanizmi üçün zəruri olan bir çox maddələr- şəkər, üzvi turşular, azotlu maddələr, yağlar, ətirli və boya maddələri, minerallar, vitaminlər, fermentlər, qlikozidlər və s. maddələr varıı. Meyvə-tərəvəzin tərkibi və keyfiyyəti onun növündən, yetişmə dərəcəsindən, saxlanılma üsullarından və müddətindən çox asılıdır. Bu proseslərin təsirinin müşahidə edilməsi, həmin məhsulların keyfiyyətinin normativ sənədlərə uyğunluğunun müəyyən edilməsi baxımından və istehlak zamanı vacib məsələlərdəndir. Müasir dövrdə meyvə-tərəvəzlərin keyfiyyətinə ekoloji amillər, onların süni üsullarla, gübrələrin köməyi ilə yetişdirilməsi ciddi təsir göstərir. Ona görə də bu məhsulları istehlak edərkən diqqətli olmaq lazımdır.
Meyvə və tərəvəzin istehlakçıya keyfiyyətli halda çatdırılmasında onların qablaşdırılması və daşınmasının əhəmiyyəti böyükdür. Onların qablaşdırıldığı yeşiklər mütləq markalanmalıdır. Markalanmada meyvə və tərəvəzlərin növü, netto və brutto çəkiləri, qablaşdırıcının nömrəsi və qablaşdırılma tarixi qeyd olunmalıdır. Bu məhsullar keyfiyyətini itirməmək üçün əsasən avtorefrijeratorlarla daşınmalı və qısa müddətdə istehsal yerindən birbaşa istehlak yerinə çatdırılmalıdır. Taralarda daşınması və saxlanması bu məhsulların istehlakçılara daha keyfiyyətli şəkildə çatdırılması məqsədi daşıyır. Meyvə və tərəvəz daşınan zaman məhsulun üstü mütləq örtülməlidir. Keyfiyyətli meyvə-tərəvəz istehlak etmək istəyən istehlakçılar onların saxlanma şəraitinə xüsusi fikir verməlidir. Belə ki, saxlanma zamanı meyvə və tərəvəz məhsullarında suyun buxarlanması, istilik ayrılması və temperaturun dəyişməsi kimi fiziki proseslər getdiyindən onların keyfiyyətində dəyişikliklər baş verir. Ona görə də ticarət obyektlərindən bu məhsulları aldıqda qeyd olunan məsələlərə diqqət edin. Saxlanma müddətinə görə meyvə və tərəvəzlər 3 qrupa bölünür. Bunlardan uzun müddət saxlanıla bilənlərə alma və armudun qış növləri, üzüm və s. aiddir. Bu qrupa aid olan məhsulları optimal şəraitdə orta hesabla 3 aydan 6-8 aya qədər saxlamaq olar. Orta müddətə saxlanıla bilənlərə payızda yetişən alma və armud, xiyar, kələm, qarpız və s. aiddir. Bu qrupa aid məhsulları 1 aydan 2-3 aya qədər saxlamaq olar. Qısa müddətə saxlanıla bilənlərə alma və armudun yayda yetişən növləri, çiyələk, gilas və tərəvəzlərdən göyərti və s. aiddir. Bu qrupa aid məhsulları 5 gündən 20 günə qədər saxlamaq olar.
Meyvə və tərəvəzlərin saxlanılması üçün optimal temperatur 15-220C-yə qədərdir. Lakin ayrı-ayrı meyvə və tərəvəzlər üçün temperatur dəyişməsi + 40C ilə - 20C arasında ola bilər. Bu məhsullar saxlanılan kamerada hava hər gün səhər və axşam dəyişdirilməli və müəyyən olunmuş temperatura yaxın səviyyəyə çatdırılmalıdır.
İstehlakçılar meyvə və tərəvəzlərin keyfiyyətinə əmin olmaq üçün birinci növbədə onun görünüşünü nəzərdən keçirməli, məhsulların qablaşdırılması, daşınması, saxlanılması, etiketlənməsi və s. mərhələlərində müvafiq dövlət standartlarının və normativ-texniki sənədlərin tələblərinə əməl olunmasını yoxlamalıdır. Ticarət şəbəkələrindən meyvə-tərəvəz alarkən onların zədəsiz olmasına, yığıldığı rəflərin vəziyyətinə, ziyanvericilərin təsirinə, saxlanma müddətində əmələ gələ bilən xəstəliklərin əlamətlərinə və s. məsələlərə diqqət edilməlidir. Qablaşdırılmış şəkildə satılan meyvə və tərəvəz içərisindən keyfiyyətsiz mal aşkar olunarsa, onları daha keyfiyyətlisi ilə dəyişmək hər bir alıcının hüququdur. Ticarət obyektlərində xarici görünüşcə normal, lakin faydalı vitaminlərlə zəngin olmayan, geni dəyişdirilmiş məhsullar satıla bilər. Geni dəyişdirilmiş meyvə və tərəvəzlər görünüşcə sağlam olmasına və uzun müddət təzə qalmasına baxmayaraq, mütəxəssislərin fikrincə, bu cür məhsulların tərkibində toksik maddələrin olması ehtimalı çoxdur və onlar insan orqanizmində ciddi xəstəliklərə yol aça bilər. Ona görə də əsasən xaricdən idxal olunan və geni dəyişdirilən meyvə və tərəvəzləri alarkən diqqətli olun.
Təqdim etdi:
İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info