Fransada seçkinin taleyi müsəlmanlardan asılıdır
Tarix: 19.04.2017 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


2012-ci ildə mobil hala gələrək Ollandın prezident seçilməsində böyük rol oynayan müsəlmanlar bu dəfə də forumda bir araya gəlməklə mövqelərini müəyyən ediblər. Bu dəfə keçirilən seçkidə də həlledici rol yenə də onlara məxsus ola bilər.

Avropanın əsas dövlətlərindən sayılan Almaniya və Fransada qızğın seçki kampaniyası gedir. Almaniyaya nisbətən Fransada bu kampaniya daha sərt polemikalarla müşahidə olunur. Fransada dövlət başçısı olmağa namizədlərin sayı da kifayət qədər çoxdur. Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri olduğundan, bu dövlətdə hansı qüvvənin hakimiyyətdə olması bizim üçün də maraq kəsb edir.
Fransada Qərbi Avropanın ən böyük müsəlman forumu sayılan “Müsəlmanların illik toplanışı”nın keçirilməsi onları seçki kampaniyasının mərkəzinə çəkib. Ekspertlər bildirirlər ki, 2012-ci ildə məhz müsəlmanların mobilləşməsi Fransua Ollanda prezident seçkilərində qələbə qazandırdı. Forumun və “Fransadakı islam təşkilatları birliyi”nin (UOIF) rəhbəri Amar Lasfar Fransanı təhlükədən xilas etməklə bağlı çağırış edib. Seçki kampaniyasının millətçi namizədləri qalib gələcəkləri təqdirdə islamla bağlı qaydaları sərtləşdirəcəklərini bəyan edirlər. Bu isə müsəlman icmasının seçkidə seçim etməsini bir qədər asanlaşdırır. Ekspertlər bildirirlər ki, seçkidə kimin qalib gəlməsində müsəlmanların rolu böyük olacaq.

Seçki dövründə “Müsəlmanların illik toplanışı”nın keçirilməsi onları kampaniyanın mərkəzinə çəkib

Bəs Fransada nə qədər müsəlman yaşayır? Öncə onu qeyd edək ki, 1978-ci ildə qəbul edilmiş qanun etnik və dini konfessiyalar haqqında statistik məlumtlar açıqlanmasını qadağan edir. Sərt məhdudiyyət, hətta cinayət xronikasında da tətbiq edilir. Ötən il IFOP sosioloji xidmətin açıqladığı məlumatlardan Fransada təxminən 4 milyon müsəlmanın yaşadığını yəqin etmək mümkün olur. Amma 1996-cı ildə Fransanın daxili işlər naziri Şarl Paskua ölkədə 5 milyon müsəlmanın yaşadığını demişdi. IFOP sosioloji xidmətinin məlumatları Fransada birmənalı qarşılanmayıb. Hesab edilir ki, şirkət belə informasiya yaymaqla millətçiləri daha da qızışdırmağa çalışır. Hər il təxminən 200 min miqrantın gəldiyi Fransada müsəlmanların sayının 4-5 milyondan daha artıq olduğunu deməyə əsas verir. Bəzi mənbələr 6 milyon rəqəmini səsləndirsə də, reallıqda bu sayın daha çox olduğu iddia edilir. “Müsəlman qardaşları” təşkilatı Fransadakı müsəlmanlar arasında populyardır. Ölkədə müsəlmanların baza təşkilatı “Fransadakı islam təşkilatları birliyi”dir. Bu birlik ölkə ərazisində 100-dən çox məscidə nəzarət edir. Lasfar müsəlmanların icma olaraq hüquqi cəhətdən tanınmasını istəyir. Fransa mediası yazır ki, Lasfar faktiki olaraq Fransada “islam zonaları”nın yaradılmasını təklif edir. “Milli cəbhə” lideri Mari Le Pen “Fransadakı islam təşkilatları birliyi”nin buraxılmasını, illik forum keçirilməsinin qadağan edilməsini tələb edib. Amma Fransa dövlət idarəetməsində belə bir praktika var ki, hakimiyyətlər mülayim islamla münasibətləri kəskinləşdirməyə üstünlük vermirlər. Eksa Universitetinin professoru Fatimə Hemilla bildirib ki, Fransada yaşayan müsəlmanların seçkidə gözlənilməz seçim etməsi gözlənilmir: “İslam icması ənənəvi olaraq solları müdafiə edir”. Doğrudan da bu gün müsəlman icmasının sıx yaşadığı Sen-Deninin meri kommunistdir. Digər müsəlmanlar yaşayan yerlərdə də seçilənlər həmişə sosialistlər olur. Ekspertlər hesab edirlər ki, 2012-ci ildə mobil hala gələrək Ollandın prezident seçilməsində böyük rol oynayan müsəlmanlar bu dəfə də forumda bir araya gəlməklə mövqelərini müəyyən ediblər. Bu dəfə keçirilən seçkidə də həlledici rol yenə də onlara məxsus ola bilər. Qeyd edək ki, “Milli Cəbhə” partiyasının lideri Marin Le Pen və “Marşda” hərəkatının banisi Emmanuel Makron Fransada prezident seçkilərinin birinci turunda eyni miqdarda səs toplaya bilərlər. Bu nəticə “OpinionWay” sosioloji xidmətinin bazar ertəsi günü keçirdiyi rəy sorğusunda əksini tapıb. TASS informasiya agentliyi xəbər verir ki, sosioloji xidmətlərin proqnozlarına əsasən, həm Le Penə, həm də Makrona seçicilərin 22 faizi səs verəcək. Birinci turun favoritlərinin reytinqində onların arxasınca “Respublikaçılar” partiyasının namizədi Fransua Fiyon gəlir. O, ötən həftə ilə müqayisədə göstəricilərini bir faiz yaxşılaşdırıb. “OpinionWay”ın informasiyasına görə, ikinci turda Makron liderliyini davam etdirir. Onu seçicilərin 64 faizi, Le Peni isə 36 faizi dəstəkləməyə hazırdır. İkinci tura Fiyon adlayacağı təqdirdə, o, 60 faiz, Le Pen 40 faiz səs alacaq.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info