Qafqaz kefirinin qatıqdan fərqi
Tarix: 19.04.2017 | Saat: 15:40:00 | E-mail | Çapa göndər


Kefir Qafqaz xalqlarının daim istifadə etdiyi inək, keçi və qoyun südündən hazırlanan fermentasiya olunmuş, yəni mayalanmış süddür. Qafqaz kefirinin turşməzə dadı var, tərkibində bakteriyaların sayı süddəkindən çox olduğuna görə orqanizm üçün olduqca faydalıdır. Herontoloqlar Qafqaz xalqlarının uzunömürlülüyünün səbəblərindən birini də regionda yetişən meyvələrin tərkibində probiotiklərin çox olmasında görürlər, kefir isə bütünlüklə probiotik, mineral və vitamin mənbəyidir.
Kefirin mayası ondan istifadə edənlərdən götürülür. Maya ağ rəngdə partlamış qarğıdalı dənələrinə və ya gül kələminə bənzəyən göbələkdir. Yarım litr qaynanmış südə təxminən 1 çay qaşığı kefir mayası kifayət edir. Əvvəlcə təbii süd qaynadılır, soyudulur, kefir dənələri südə qarışdırılır, otaq şəraitində bir sutka saxlayandan sonra kefir dənələri süzülür, alınan kefir bir sutka ərzində içilir. Kefirin dəmir süzgəcdən süzülməsi onun keyfiyyətini aşağı salır. Bir müddət sonra kefir göbələyi çoxalaraq böyüyəndə onu bölüb paylamaq olar.
Qatıq kimi kefir də südün mayasından alınır və dad etibarı ilə ona bənzəyir. Lakin qatıq probiotiuk istehsalına yardım edən mühit yaradır, kefir isə probiotikin özüdür. Qatığın çox yeyilməsi mədə divarını qıcıqlandırır, kefir isə orqanizmdə hətta mədə xəstəliklərinin törədicisi olan helicobacter pylorini məhv edir.
Kefirin enerji dəyəri 150 kaloridir və tərkibındə cəmi 5-8 qram yağ olması onu pəhriz saxlayanlar üçün ideal vasitəyə çevirir. Kefir nə qədər yağlı olsa onun tərkibində olan fol turşusu və dəmirin miqdarı bir o qədər çox olur. Qafqaz kefiri yağlı, quru, normal və həssas dəri tipləri üçün cavanlaşdırıcı, ağardıcı, qidalandırıcı və nəmləndirici maskaların hazırlanmasında istifadə olunur.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”
5 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info