Özbəkistanda azərbaycanlı şairin barelyefinin açılışı olub
Tarix: 19.04.2017 | Saat: 15:54:00 | E-mail | Çapa göndər


Samir Abbasov: “Azərbaycanlılar daim Özbəkistanın ictimai-mədəni həyatında mühüm rol oynayıblar”

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu ölkədə yaşamış tanınmış azərbaycanlı şair, Özbəkistan Yazıçılar Birliyinin üzvü olmuş İxtiyar Rzanın yaşadığı evin üzərində onun xatirə lövhəsinin açılışı olub.
Açılış mərasimində Azərbaycan Mədəniyyət Mərkəzinin, səfirliyinin əməkdaşları, Daşkənd şəhəri üzrə Azərbaycan diasporunun fəalları, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, şairin ailə üzvləri, yaxınları, mətbuat nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qardaş ölkənin ictimai-mədəni həyatında azərbaycanlıların daim aktiv olduğunu və onların yaradıcılıqları iki ölkə arasında dostluq əlaqələrinin inkişafına təkan verdiyini söyləyib. O, Özbəkistanda yaşayan tanınmış azərbaycanlıların irsinin əbədiləşdirilməsi layihəsinə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstək göstərdiyini və bu hadisənin Azərbaycan dövlətinin, Prezidentinin xarici ölkələrdə yaşayan tanınmış azərbaycanlıların yaradıcılığına və irsinə olan hörməti, qayğısının bir göstəricisi olduğunu qeyd edib.
Samir Abbasov Özbəkistandakı tanınmış azərbaycanlıların irsi, habelə şair İxtiyar Rzanın yaradıcılığı haqqında danışaraq, azərbaycanlıların daim Özbəkistanın ictimai-mədəni həyatında mühüm rol oynadıqlarını bildirib. O, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə ötən il tanınmış azərbaycanlı rəssam Yusif Hüseynovun Daşkənddə yaşadığı evin qarşısında xatirə lövhəsinin açıldığını qeyd edib. Bu cür layihələrin davam etdiriləcəyini bildirən diplomat iki xalq arasında dostluq, mədəni əlaqələrin inkişafı istiqamətində həyata keçirilən işlər barədə məlumat verib. Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Gülbahar Aşurova çoxmillətli, çoxmədəniyyətli ölkə olan Özbəkistanın inkişafında azərbaycanlıların rolundan danışıb, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə artıq tanınmış azərbaycanlı rəssam Yusif Hüseynovun, şair İxtiyar Rzanın xatirəsinin əbədiləşdirilməsinin xalqlar arasında dostluğa, qardaşlığa verilən töhfə kimi dəyərləndirib.
Daşkənd şəhər Azərbaycan diaspora təşkilatının sədri Firdovsi Hüseynov, azərbaycanlı ziyalı, alim Səxavət Odjiev, özbək şair Tahir Qahhar Özbəkistanda Seyid Rza Əlizadə, Maqsud Şeyxzadə kimi ədəbiyyat nəhəngləri ilə bir sırada adı çəkilən İxtiyar Rzanın yaradıcılığının əsas məqamlarından söhbət açıblar.
Qeyd edək ki, Özbəkistan Yazıçılar Birliyinin üzvü olmuş, tanınmış azərbaycanlı şair İxtiyar Rza 1969-2012-ci illərdə Daşkənd şəhərindəki Üçtəpə rayonunda 22-ci məhəllə, 11-ci binada yaşayıb.
Şairin yaradıcılığında Vətən, azadlıq, insan xoşbəxtliyi əsas mövzu olaraq öz əksini tapıb. Onun “Vətən”, “Ana yurdum Türküstanım”, “Mənim ölkəm”, “Mənimsən” və başqa əsərləri Özbəkistanda sevilir və populyardır.
İxtiyar Rzanın barelyefi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə Özbəkistanın Arxitektura və Layihə İnstitutunun dosenti, tanınmış heykəltaraş Marina Borodinova tərəfindən hazırlanıb.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info