Milli Qəhrəmanın xatirəsinə tikilmiş abidə-bulaq kompleksi istifadəyə verilib
Tarix: 19.04.2017 | Saat: 16:10:00 | E-mail | Çapa göndər


Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin xatirəsinə Qazax rayonunun Qazaxbəyli kəndində tikilmiş abidə-bulaq kompleksinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov açılış mərasimində çıxış edərək, şəhid jurnalist Alı Mustafayevin həyat və fəaliyyəti barədə danışıb.
Qeyd edib ki, A.Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlayandan cəbhə bölgəsindən reportajlar hazırlayıb və daim ön cəbhədə olaraq jurnalist fəaliyyətini peşəkarcasına yerinə yetirib.
Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar İncəsənət Xadimi, şair Barat Vüsal çıxış edərək bildirib ki, Azərbaycanın vətənpərvər oğulları, eləcə də jurnalistləri heç vaxt unudulmayacaq. Çünki bu qəhrəman insanlar, vətənpərvər jurnalistlər azadlıq, müstəqillik mücahidləri kimi canlarını Vətən yolunda fəda ediblər.
Digər çıxış edənlər A.Mustafayevin jurnalistika sahəsindəki xidmətlərindən danışıb, onun jurnalistika ilə yanaşı, yaradıcı şair olduğunu da qeyd ediblər.
Tədbirdə A.Mustafayevlə bağlı xatirələrdən söz açılıb, onun şeirləri səsləndirilib.
Milli Qəhrəmanın həyat yoldaşı Lalə xanım və oğlu Tural Mustafayev çıxış edərək Alı Mustafayevin xatirəsinə göstərilən hörmət və ehtirama görə minnətdarlıqlarını bildiriblər.
Sonra Qazaxbəyli kənd tam orta məktəb şagirdlərinin ifasında Milli Qəhrəman Alı Mustafayevin şeirlərindən ibarət hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş olunub.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info