8 yaşlı uşaq qızıl medal qazanıb
Tarix: 19.04.2017 | Saat: 17:25:00 | E-mail | Çapa göndər


Göyçay rayonunda idmanın bədii gimnastika növünün inkişafı daim diqqət mərkəzindədir. Azərbaycan Gimnastika Federasiyasının dəstəyi ilə Göyçay Olimpiya İdman Kompleksində yaradılan bədii gimnastika bölməsinə müraciət edənlərin sayı da xeyli artıb.
AZƏRTAC xəbər verir ki, rayonda bədii gimnastikanın təbliği üçün geniş işlər görülür. Bununla bağlı uşaq bağçalarında və orta məktəblərdə azyaşlı uşaqlar və onların valideynləri ilə görüşlər keçirilir. Kompleksin 3-12 yaşlı qızlardan ibarət yığma komandası yaradılıb. Pulsuz keçirilən məşqlərə hazırda 35 uşaq cəlb edilib. Üç il əvvəl kompleksdə gimnastika bölməsi açılarkən isə məşqlərə cəmi 10 uşaq qatılırdı. Gələcəkdə gimnastika ilə məşğul olan uşaqların sayının daha da artması nəzərdə tutulur. Uşaqlarla işi Azərbaycan Gimnastika Federasiyası tərəfindən təyin edilən gimnast müəllim Sultanə İbrahimzadə aparır.
Azərbaycan Gimnastika Federasiyasının dəstəyi ilə açılan bölmədə uşaqların məşq etməsi üçün yüksək səviyyədə şərait yaradılıb. Sultanə müəllimənin zəhməti hədər getməyib və gimnastika bölməsinin yetirmələri arasında artıq respublika yarışlarında uğur qazananlar da var. Belə ki, Göyçayın Çayarxı kənd sakini, şəhər 3 nömrəli orta məktəbin II sinif şagirdi Azərin Hacızadə bu günlərdə İsmayıllı rayonunda bədii gimnastika üzrə respublika səviyyəli turnirin qalibi olub. İsmayıllı rayon açıq birinciliyində 10 şəhər və rayondan 50-dən çox idmançı iştirak edib. Yarışa qatılan 6-15 yaşlı gimnastlar bacarıqlarını nümayiş etdiriblər. Birincilikdə Göyçay gimnastika bölməsinin 4 yetirməsi iştirak edib və onlardan yalnız biri, bu balaca qız mükafat qazanıb. Dörd ildir ki, gimnastika ilə məşğul olan 8 yaşlı Azərin 2001-2012-ci il təvəllüdlü gimnastların yarışında alətsiz, halqa, top, ip, gürz və çoxnövçülük üzrə bacarığını nümayiş etdirərək rəqiblərindən üstün olub və qızıl medal qazanıb.
Azərin Hacızadənin qızıl medalla Göyçaya qayıtması onun oxuduğu orta məktəbdə, Olimpiya İdman Kompleksində və ailəsində böyük sevincə səbəb olub.
Qeyd edək ki, Azərin Hacızadə son bir ildə Kürdəmir, Sumqayıt və İsmayıllıda keçirilən respublika səviyyəli gimnastika yarışlarında da uğurla iştirak edərək, 2 qızıl və 1 bürünc medal qazanıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sumqayıtlı Messi “Beşiktaş”da
21.11.2018
UEFA Millətlər Liqası: Azərbaycan və Kosovo yığmalarının start heyətləri açıqlanıb
20.11.2018
Alpaqutçılar Bakıda dünya çempionatı keçirir
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info