Azərbaycan diasporu üçün yeni çağırış və yeni yanaşma
Tarix: 19.04.2017 | Saat: 18:17:00 | E-mail | Çapa göndər


Azərbaycan diasporu yeni dövrün çağırışlarına daha təkmil cavab verməli və yeni trendlərlə daha mütəşəkkil ayaqlaşmağı bacarmalıdır.
Dövlət səviyyəsində bu sahəyə dərin yanaşma, göstərilən diqqət və qayğı bunu deməyə bir daha əsas verir.
Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra, həm ümummilli lider Heydər Əliyevin, həm də Azərbaycan Respublikasının dövlət siyasətinin ana xəttində xaricdə yaşayan azərbaycanlılarla iş, diaspor fəaliyyəti ön sırada olub.
Son günlər haqlı olaraq, ictimaiyyət arasında ən böyük rezonans doğuran hadisə məhz Rusiya Ədliyyə Nazirliyi tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv edilməsi ilə bağlı Ali Məhkəməyə müraciət edilməsidir.
Məlum məsələnin hər bir vətəndaşımız tərəfindən həssaslıqla qarşılanması normal haldır. Milli mənsubiyyətini dərk edən və cəmiyyətdə gedən prosesləri izləyən şəxs üçün belə neqativ hallara mövqe bildirilməsi arzuolunan və qəbulediləndır. 
Rusiya bütün sahələrdə, ələlxüsus coğrafi, tarixi, mədəni, iqisadi, siyasi və strateji baxımdan bizim üçün adi bir dövlət deyil ki, burada baş verənlərə, xüsusilə də Azərbaycan diasporunun ən sıx birləşdiyi və müəyyən inkişaf yolu keçmiş təşkilatımızın ləğv edilməsinə biganə qalınsın. 
Azərbaycan diasporu üçün xüsusi çəkiyə malik bir təşkilatın hüquqi ləğvi ciddi narahatlıq doğura bilər.
Lakin, zənnimizcə, bunun çox da siyasiləşdirilməsi və ya çıxılmaz vəziyyətdə qalmaq kimi təqdim edilməsi yolverilməzdir.
Ona görə ki, diasporu hüquqi çərçivəyə salmaq və ondan səmərəli fəaliyyət gözləməyin özü belə, yanlış yanaşmadır. Diaspor sosial-mədəni fenomendir. Onun hüquqi təyinatı yoxdur.
Belə bir vaxt və şərait artıq yetişmişdir ki, diasporu məhdudlaşdırmaq, yəni regional birliklərə, təşkilatlara, cəmiyyətlərə və konqreslərə sığdırmaq o dərəcədə mümkün deyil. Diaspor şüurlara hopmalıdır. Həyat tərzinə çevrilməlidir. Siyasiləşdirilməməlidir.
Təkcə inzibati metodla və təşkilati mexanizm yaratmaqla bu fəaliyyəti irəli aparmaq çətin olar. Bu işə daha çox ictimai çalar qatmaq lazımdır. Diasporumuzun ən problemli yeri və rolu obyektivliyin və operativliyin olmamasındadır. Bu çox önəmli məsələdir. Eləcə də milli psixologiyaya uyğun metod yaradılmalıdır. Diasporu “ələ baxan” öyrətmək olduqca təhlükəlidir. Bu isə şəxsi mənafeyi güdənlərin formalaşmasına gətirib çıxaracaqdır ki, sonra da öz fəsadlarını verəcək. Bunun üçün isə düzgün strategiya müəyyənləşdirilməlidir.
Burada daha çox milli təəssübkeşlik və könüllülük prinsipinə üstünlük vermək vacibdir. Müqayisə etdiyimiz klassik diasporların, belə demək mümkündürsə, hamısı vətənə xidmət edir, ora investisiya yatırır və ya maliyyə yardımı edir. Bizdə isə bu əksinədir.
Bir necə ildir ki, elmi araşdırmalarımızın nəticəsi olan məqalələrimizdə, o cümlədən “Azərbaycan Respublikasının xarici siyasəti və diaspor fəaliyyəti (1991-2011)” adlı monoqrafiyamızda yeni yanaşmanın ortaya qoyulması təkliflərini irəli sürürük. Diasporumuzun birləşərək bir mərkəzdən koordinasiya edilməsinin və bir nöqtəyə vurmasının işin nə dərəcədə xeyrinə olduğunu bildirmişik. BMT yanında müşahidəçi statusunun alınmasının vacibliyini qeyd etmişik.
Diasporun sosial-mədəni mahiyyətini və əhəmiyyətini nəzərdən keçirərək onun siyasiləşməməsinin və lobbi institutunun yaradılmasının vacibliyini bildirmişik. Maliyyə məsələlərinin nizamlanması üçün isə Diaspor Fondunun təsis olunmasının zəruriliyini vurğulamışıq.
Bu yaxınlarda Dünya Azərbaycanlıları Assambleyasının Avropa İttifaqında qeydiyyatdan keçməsi və BMT-nin Sosial Şurası tərəfindən qeydiyyata alınması artıq yeni mərhələyə keçidi təsdiqləyir. Bu, artıq lobbizmdir.
Biz həmişə bu 3 amilə diqqətlə yanaşılmasını məqsədəuyğun hesab etmişik:
1. Konqresdənsə Rusiya Azərbaycanlıları Evi kimi qeydiyyata müraciət olunsun. Bu daha iddiasız səslənir. Bu da post tutmaq yarışına son qoyulmasına və diasporun bir vasitəyə deyil, bir məqsədə çevrilməsinə səbəb ola bilər. Çünki burada əksəriyyət konqresin prezidenti və ya sədri olmaq istəyər. Azərbaycan evinin rəhbəri isə şəxsi mənafeyini güdən “diasporçu” istəməz. 
2. Ümumrusiya Azərbaycanlıları Konqresi Ukrayna Azərbaycanlıları Konqresi və Belarus Azərbaycanlıları Konqresi ilə birgə yeni kontinental birliklərini elan edərək, beynəlxalq fəaliyyət sferasına keçsin.
3. Ümumdünya Azərbaycanlıları Konqresi yaradılsın və rəsmi şəkildə beynəlxalq təşkilatlara müşahidəçi statusunun əldə edilməsi üçün müraciət edilsin.
İmkan vermək olmaz ki, xalqlararası əlaqələrin fenomeni sayılan diasporu dövlətlərarası münasibətlərin ziyanına işləyən alətə çevirsinlər.

Yəhya Babanlı,
tarix üzrə fəlsəfə doktoru,
diaspor məsələləri üzrə ekspert




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info