Bərədədə keçirilən sərgi marağa səbəb olub
Tarix: 19.04.2017 | Saat: 19:10:00 | E-mail | Çapa göndər


Bərdədə 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə rəsm, tarixi eksponatlar və kitab sərgiləri keçirilib.
AZƏRTAC xəbər verir ki, Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Mingəçevir, Yevlax şəhərlərindən və Tərtər rayonundan olan nümayəndələrinin, uşaq musiqi, incəsənət məktəbləri, kitabxana və muzey işçilərinin, abidə mühafizəçilərinin də iştirak etdiyi tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanın, həmçinin regionun qədim tarixini, adət-ənənələrini gənc nəslə çatdırmaqdır.
Sərgidə nümayiş etdirilən rəsm və kitablar, regionda yerləşən abidələr haqqında məlumat lövhələri, yerli sakinlər tərəfindən tapılan qədim əşyalar böyük marağa səbəb olub.
Tədbirdə, həmçinin bu il Azərbaycanda keçiriləcək “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar yerli və xarici turistlərin məlumatlandırılması üçün könüllü bələdçilər müəyyənləşdirilib. Bələdçilərin köynəklərində Azərbaycan və ingilis dillərində “Məndən soruş” sözləri əks olunub.
İncəsənət xadimlərinin təqdim etdiyi konsert proqramı iştirakçılarda xoş ovqat yaradıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Ağsu dolayları qardan təmizlənsə də, gecə yollar buz bağlaya bilər
18.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb
17.01.2019
Külək dayanacağın damını uçurub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info