Fransa səfiri BANM-də
Tarix: 19.04.2017 | Saat: 20:25:00 | E-mail | Çapa göndər


Fransa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Aureliya Buşez Bakı Ali Neft Məktəbində (BANM) olub və ali məktəbin rektoru Elmar Qasımovla görüş keçirib. Görüş zamanı BANM haqqında geniş məlumat verən rektor Elmar Qasımov iki ölkə arasında mövcud olan əlaqələrdən bəhs edərək təhsil sahəsində əməkdaşlığın vacibliyini xüsusi olaraq vurğulayıb. Rektor qeyd edib ki, Azərbaycan və Fransa arasında enerji, siyasi-iqtisadi, sosial-mədəni, elm və təhsil sahələrində əməkdaşlıq əlaqələri günü-gündən inkişaf etməkdədir. O, həmçinin bildirib ki, 2013-cü ildə BANM Fransa Neft İnstitutu (IFP) ilə əməkdaşlıq protokolu imzalayıb və bu, Fransa və Azərbaycan arasında inkişaf edən münasibətlərin göstəricisidir. Rektor eləcə də ali məktəbin “Total” şirkəti də daxil olmaqla bir sıra fransız şirkətləri ilə sıx əməkdaşlığından bəhs edib.
Səfir Aureliya Buşez səmimi qəbula görə öz təşəkkürünü bildirib. O, region üçün mühüm əhəmiyyət kəsb edən sahələr üzrə mütəxəssislər hazırlayan ali məktəbin gələcəkdə mühüm yer tutacağını vurğulayıb. Səfir BANM-lə öz ölkəsinin ali təhsil müəssisələri arasında əməkdaşlığın perspektiv inkşafından bəhs edərək hər iki ölkə arasında təhsil əlaqələrinin genişlənməsinin vacibliyinə toxunub. Səfir IFP ilə BANM arasında əməkdaşlığın qurulmasının perspektivlərini vurğulayıb.
Görüşdə həmçinin gələcək əməkdaşlıq, tələbələrin və professor-müəllim heyətinin mübadiləsi və elmi-tədqiqatlar sahəsində əlaqələrin yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info