Le Pen seçkilərin ikinci turunda məğlub olacaq
Tarix: 20.04.2017 | Saat: 00:08:00 | E-mail | Çapa göndər


Fransanın “Milli cəbhə” partiyasının lideri Marin Le Pen prezident seçkilərinin ikinci turunda öz rəqiblərinə uduzacaq. Bunu “Cevipof” kompaniyasının “Monde” nəşri üçün keçirdiyi sosioloji sorğunun nəticələri göstərir. Sorğunun nəticəsinə əsasən seçkilərin ikinci turuna keçəcəyi təqdirdə Le Pen Fransanın keçmiş iqtisadiyyat naziri Emmanuel Makrona 61 faizin 39 faizə, keçmiş baş nazir Fransua Fiyona 55 faizin 45 faizə, “Fəth olunmamış Fransa” hərəkatının başçısı Jan-Lyuk Melanşona isə 57 faizin 43 faizə nisbətində səslə məğlub olacaq. Bununla belə, ilk turda qüvvələr balansı dəyişməyib: Makron 23 faiz səslə liderlik edir, onun ardınca 22,5 faiz səs toplayan Le Pen gəlir. Seçicilərin 19,5 faizinin etimadını qazanan Fiyon üçüncü yerdə qərarlaşıb, onu isə 0,5 faiz fərqlə Melanşon izləyir. Sorğuya əsasən, fransızların 28 faizinin səs vermək üçün məntəqələrə gəlməyəcəyi gözlənilir. Xatırladaq ki, Fransada prezident seçkilərinin ilk turu aprelin 23-də, ikinci turu isə mayın 7-də keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info