Avropa İttifaqı ilə əməkdaşlığın əsas istiqamətləri artıq müəyyənləşib
Tarix: 20.04.2017 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Belçikaya səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu səfər çərçivəsində səmərəli görüşlər keçirildiyini və müzakirələr aparıldığını qeyd edib. Səfər zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişə start verildiyini deyən dövlət başçısı həmin sazişin əməkdaşlığımızın daha da inkişaf etdirilməsində mühüm addım olduğunu vurğulayıb, bu istiqamətdə işlərin fəal şəkildə davam etdiriləcəyinə və vaxtında yekunlaşdırılacağına ümidvar olduğunu bildirib. Tərəflər arasında sazişlə bağlı ümumi anlaşmanın mövcud olduğunu qeyd edən Prezident İlham Əliyev işlərin yekunlaşmasının danışıqlar prosesinin gedişindən asılı olacağını vurğulayıb. Azərbaycan ilə Avropa İttifaqı arasında uzun illərdir yaxşı tərəfdaşlıq əlaqələrinin qurulduğunu deyən dövlət başçısı əməkdaşlığımızın əsas istiqamətlərinin artıq müəyyənləşdirildiyini, Avropa İttifaqının bir sıra ölkələri ilə sazişlər və memorandumlar imzalanması təcrübəsinin olduğunu qeyd edib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, təmas xəttində vəziyyət, münaqişənin həlli ilə bağlı gedən danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info