Ukraynada anomal hava fövqəladə vəziyyət yaradıb: ölənlər var
Tarix: 20.04.2017 | Saat: 00:11:00 | E-mail | Çapa göndər


Ukraynada hökm sürən qeyri-sabit hava şəraiti 7 nəfərin ölümünə səbəb olub. Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb. Məlumatda qeyd olunur ki, anomal hava şəraiti səbəbindən baş verən yol qəzalarında ölənlərin sayı arta bilər. Artıq ölkənin 152 yaşayış məntəqəsi işıqsız qalıb. “Güclü külək, qasırğa, sulu qar və yağış nəticəsində elektrik xətləri qırılıb və nəticədə 152 yaşayış məntəqəsinə elektrik verilişi dayanıb. Dneprin 73, Xarkovun 38, Poltavanın 35, Hersonun 4, Kirovoqradın və Zaparojinin 1 yaşayış məntəqəsi elektrik enerjisiz qalıb”, – deyə Xidmətin məlumatında qeyd edilir. Təkcə Dnepr şəhərində 2850 ağac aşıb. Şəhərin 65 yaşlı sakini üzərinə ağac düşməsi nəticəsində dünyasını dəyişib. Dnepr şəhərinin meri Borus Filatov açıqlamasında bildirib ki, ağacların təmizlənməsinə azı iki həftə vaxt lazımdır. Anomal hava şəraitinə görə Dneprdə 160 məktəb bağlanıb.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info