Tereza Mey seçkiqabağı teledebatlarda iştirak etməyəcək
Tarix: 20.04.2017 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


Böyük Britaniyanın Baş naziri Tereza Mey növbədənkənar parlament seçkiləri ərəfəsində keçiriləcək teledebatlarda iştirakdan imtina edib.
Nazirlər Kabinetinin başçısı BBC telekanalının efirində elektoratla görüşlərlə kifayətlənəcəyini bildirib. TASS informasiya agentliyi xəbər verir ki, Baş nazir, həmçinin növbədənkənar seçkilərin müxalifət partiyalarının Krallığın Avropa İttifaqının tərkibindən çıxması prosesinə (Brexit) mane olmasının qarşısını alacağını bildirib. Müxalif Leyborist Partiyasının lideri Ceremi Korbin, öz növbəsində Baş naziri üzbəüz teledebatlardan yayınmamağa çağırıb. Liberal Demokratlar Partiyasının lideri Tim Farron isə debatları yayımlayacaq televiziya şirkətlərindən Baş nazirin yerinə hər dəfə boş stul qoyulmasını istəyib. Xatırladaq ki, aprelin 18-də Tereza Mey növbədənkənar parlament seçkilərinin keçirilməsi qərarını bəyan edib. Bu qərarın qüvvəyə minməsi üçün onu İcmalar Palatası deputatlarının 2/3 hissəsi dəstəkləməlidir. Əsas partiyalar növbədənkənar seçkilərin lehinə olduğu üçün Tereza Meyin lazımi nəticəni əldə edəcəyi gözlənilir.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
BMT-nin Gənclik Təşkilatı İstanbulda yerləşə bilər
26.09.2018
Fransa: təhsil sahəsində 1800 iş yeri ləğv ediləcək
26.09.2018
Ərdoğan Trampla görüşdü
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info