Çin yeni 84 hərbi hissə yaratdı
Tarix: 20.04.2017 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


Müdafiə Nazirliyinə gedən Si Tsinpin “hər an müharibəyə hazır ol” tapşırığı verib

Çinin dövlət başçısı Si Tsinpin böyük islahatlar çərçivəsində yeni 84 hərbi hissənin yaradılması haqqında sərəncam imzalayıb. Qeyd edək ki, Çin Müdafiə Nazirliyinin Pekindəki mənzil-qərargahına gələn Mərkəzi Hərbi Komissiyasının sədri Si Tsinpin yeni yaradılmış hərbi hissələrin komandirləri ilə görüşüb. Çin Müdafiə Nazirliyinin məlumatında deyilir ki, bu qərar ordunu gücləndirmək yolunda mühüm addımdır.
Çin lideri yaradılan hərbi bölmələri yeni sistemin mühüm tərkib hissəsi kimi dəyərləndirərək, onların dövlətin suverenliyi, təhlükəsizliyi və Çinin maraqlarının müdafiəsi üçün böyük məsuliyyət daşıyacağını bildirib. Si Tsinpin, yeni bölmələrin hər an müharibəyə hazır olmalarını tapşırmaqla yanaşı, döyüş hazırlığı və texniki avadanlıqların müasirləşməsinə xüsusi diqqət yetirmələrinə önəm verəcəklərini bildirib. “China Daily” nəşrinin məlumatına görə, yeni yaradılmış hərbi hissə üzvləri artıq müasir səviyyəli binalarla təmin olunur. Qeyd edək ki, ölkə rəhbərliyinin belə bir addımı birmənalı qarşılanmır. Belə ki, Çin Xalq Qurtuluş Ordusu hələ də ordu heyətinin 300 min nəfərə qədər azaldılmasında israrlıdır. Lakin bütün bunlara baxmayaraq, yeni birliyin yaradılması Çin ordusunda 2015-ci ildən başlayan genişmiqyaslı islahatlar çərçivəsində atılmış, növbəti addımdır. Hazırda Çin ordusunun modernləşməsi yolunda geniş addımlar atır. Hələ bir müddət bundan əvvəl də Si Tsinpin ordudakı texnoloji yeniliyi “ölkənin ordu və milli müdafiə sisteminin təkmilləşdirilməsində əsas amil” kimi dəyərləndirmişdi. Onun sözlərinə görə, Çin Xalq Qurtuluş Ordusunun gələcəyi, daha çox, yenilik və islahatlardan asılıdır. Xatırladaq ki, Çin Xalq Qurtuluş Ordusu 1927-ci ilin avqustunda yaradılıb. 2015-ci ilin sentyabrında Çin lideri bu ilin sonunadək silahlı qüvvələr tərkibindəki qeyri-döyüş qabiliyyətli heyətin 300 minini istefaya göndərəcəyi barədə məlumat vermişdi. Qeyd edilməlidir ki, bütün bu ixtisarlara baxmayaraq, 2 milyonluq Çin ordusu dünyanın ən böyük ordusu olaraq qalmaqdadır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi
14.11.2018
Türkmənistan qazı TAPI boru kəməri ilə iki il ərzində Pakistana çatdırılacaq
14.11.2018
İraqın şimalında 19 terrorçu zərərsizləşdirilib
14.11.2018
Jan-Klod Yunkerin xələfi olmağa ən şanslı namizəd kimdir?

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info