“Made in Azerbaijan“ brendi ixrac coğrafiyasını genişləndirır
Tarix: 20.04.2017 | Saat: 00:36:00 | E-mail | Çapa göndər


Azərbaycanda biznes mühitinin inkişafına və sahibkarların fəaliyyətinə dövlət tərəfindən göstərilən böyük dəstək öz müsbət nəticəsini verir.
Təkcə bu ilin birinci rübündə Rusiya, ABŞ, Çin, Belarus və digər ölkələrə ixrac olunan kənd təsərrüfatı və sənaye məhsulları üzrə yarım milyona yaxın ixrac təşviqinin ödənilməsi bunun əyani göstəricilərindəndir. Dövlət sahibkarların fəaliyyətinə həm də siyasi dəstək verir. Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində Prezident İlham Əliyev sahibkarların sosial məsuliyyətinin də gündəlikdə duran məsələlərdən olduğunu bildirib. Yəni sahibkar qazandığı vəsaitlə həm istehsalı genişləndirməli, həm də sosial layihələrdə yaxından iştirak etməlidir. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov bildirib ki, Azərbaycanda çox gözəl ənənələr mövcuddur: “Məsələn, bizim iri şirkətlərimiz var, hansıların ki, sırf illik büdcələrində korporativ sosial məsuliyyət proqramları nəzərdə tutulub. "Azərsun", "PAŞA Holding" kimi şirkətlər korporativ sosial məsuliyyət proqramlarını həyata keçirirlər. Bu sahədə sahibkarların maarifləndirilməsi çox vacibdir. Biz korporativ sosial məsuliyyətin inkişaf etdirilməsi sahəsində bir çox silsilə tədbirlər keçirmişik. Bu il nəzərdə tutulan tədbirimizdə biz ən yaxşı təcrübələrimizi bölüşəcəyik. Yaxşı təcrübənin təşviqi sahibkarlar arasında sağlam rəqabətin təmin olunmasına da elə yaxşı zəmin yaradır. Sahibkarlara dövlət tərəfindən güzəştli kreditlərin verilməsi isə həm onların, həm də sadə vətəndaşların işini asanlaşdırır. Belə ki, Sahibkarlığa Kömək Milli Fondunun xəttilə son illər sahibkarlara dövlət tərəfindən 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlərin verilməsi yeni iş yerlərinin açılması ilə nəticələnib. Eyni zamanda ixrac-idxal əməliyyatlarının sadələşdirilməsi də sahibkarların fəaliyyətini genişləndirmək üçün əlavə stimul verir. İxrac təşviqi şamil olunan malların siyahısına bal, xurma, nar, qovrulmuş fındıq kimi kənd təsərrüfatı məhsulları, qurudulmuş meyvələr, konservləşdirilmiş meyvə-tərəvəz, mürəbbələr, cemlər, turşular, spirtli içkilər və şərab, mineral sular, şirələr, unlu qənnadı məhsulları, dəri məmulatları, ipək parçalar, xalçalar kimi digər məhsullar daxil edilib. Bu məhsulların xarici bazara çıxışını asanlaşdırmaq üçün "azexport.az" portalı da yaradılıb. Əsas məqsəd tələbatın daxili istehsal hesabına ödənilməsi və ixrac potensialının yüksəldilməsidir”.




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
149 667 manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info