“Erməni deputat Əkrəm Əylisliyə istinad etdi”
Tarix: 18.04.2013 | Saat: 23:01:00 | E-mail | Çapa göndər


Qüdrət Həsənquliyev: “Artıq erməni diplomatiyası və diasporu Əkrəm Əylislinin o mənfur əsərindən bizə qarşı istifadə etməyə başlayıb”

“Avronest” Parlament Assambleyasının Bürosunun Strasburqda keçirilən iclasında Azərbaycan və Ermənistan təmsilçiləri arasında mübahisə olub. İclasda Azərbaycanı təmsil edən millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, iclas növbəti sessiyanın vaxtının və gündəliyinin müəyyən olunmasına həsr edilmişdi. Siyasi və sosial komitələr tərəfindən hazırlanmış hesabatın müzakirəsi keçirilirdi:
“Məruzə “Şərq tərəfdaşlığı proqramı”na daxil olan ölkələrdəki ictimai-siyasi, həmçinin sosial-iqtisadi durumla bağlı vəziyyətin dəyərləndirilməsinə həsr olunmuşdu. Məruzədə “Şərq tərəfdaşlığı” proqramına daxil olan ölkələrdəki münaqişələr və təhlükəsizlik haqqında qeyd olunub. Məruzənin məhz bu hissəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT, Avropa Şurası və Avropa Parlamentinin qərar və qətnamələri barədə qeyd olunmasını təklif etdim. Eyni zamanda Ermənistanın Azərbaycanın işğal etdiyi ərazilərini tərk etməsinin, bu sənədləri dərhal icra etməsinin zəruriliyi barədə qeyd olunmasının da vacibliyini vurğuladım. Bildirdim ki, bu münaqişənin beynəlxalq hüquq və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmasının da vurğulanması vacibdir. Həmçinin sosial komitənin təqdim etdiyi məruzədə regiondakı iqtisadi problemlərdən danışılır və regionun inkişafı üçün sərhədlərin açılmasının vacibliyi qeyd olunur. Əlbəttə, bu müddəa ora Ermənistanın təkidi ilə daxil edilib. Mən buna da etirazımı bildirdim və qeyd etdim ki, Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxladığı müddətdə sərhədlərin açılması mümkün deyil, bu, dəfələrlə bildirilib. Həmçinin Ermənistan təcavüzkar siyasətinə son qoymadığı müddətcə bu ölkə ilə Avropa Birliyi arasında assosiativ üzvlüklə bağlı aparılan müzakirələrin dayandırılmasını da təklif etdim. Ermənistan nümayəndə heyətinin rəhbəri Vahan Ovanesyan çıxış edərək Avronest PA rəhbərliyini mənim çıxışıma imkan yaratmaqda ittiham etdi. Mən “Avronest”də təmsil olunanların hər birinin məlumatlı olduğu Xocalı faciəsini məhz sovet qoşunlarının Ermənistan prezidenti Serj Sərkisyanın silahlı birləşməsi ilə birgə törətdiyini də bir daha iclas iştirakçılarının nəzərinə çatdırdım. Ovanesyan isə buna cavab olaraq bildirdi ki, “soyqırımı” məsələsini yazıçı Əkrəm Əylisli açıq şəkildə yazıb, Azərbaycan isə indi ona bunu yazdığı üçün hücum edir. Çox təəssüf ki, mənim əvvəllər də dediyim kimi, artıq erməni diplomatiyası və diasporu Əkrəm Əylislinin o mənfur əsərindən bizə qarşı istifadə etməyə başlayıb. Bu gün də məhz fakt qarşısında susan Ovanesyanın bizə qarşı söylədiyi yeganə məsələ Əkrəm Əylislinin həmin əsəri oldu. O, Sərkisyanın Xocalı cinayətində iştirakı faktını pərdələmək üçün Əkrəm Əylisliyə istinad etdi. Biz bunu əvvəlcədən də proqnozlaşdırmışdıq”.





 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Zəfərlərə doğru
12.11.2018
“İrəli”nin intellektual yarışlarının Dağlıq Şirvan və Şəki- Zaqatala üzrə qalibləri müəyyənləşib
12.11.2018
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
12.11.2018
İran vətəndaşı daxili orqanlarında narkotik vasitələr keçirmək istədi
12.11.2018
Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info