UNEC tələbələri “Excelsior Hotel & Spa Baku” otelində
Tarix: 20.04.2017 | Saat: 15:02:00 | E-mail | Çapa göndər


UNEC-in Karyera Mərkəzinin təşkilatıçılığı ilə “Müəllim Güc Mənbəyidir” layihəsi çərçivəsində tədbirlər uğurla davam edir.
Aprelin 19-da UNEC tələbələri “Excelsior Hotel & Spa Baku” otelində olublar. UNEC-in İqtisadiyyat fakültəsinin tələbələrinin iştirak etdiyi səfərdə Karyera Mərkəzinin direktoru Fuad Əliyev “Müəllim Güc Mənbəyidir” layihəsi barədə məlumat verib. Bildirib ki, bu layihə çərçivəsində tələbələr iş həyatı ilə yaxından tanış olur. Eləcə də Karyera Mərkəzinin mütəmadi təşkil etdiyi “İşgüzar çay fasiləsi” layihəsindən söz açan F.Əliyev UNEC tələbələrinin nüfuzlu şirkətlərə səfərlərindən və qurum rəhbərləri ilə görüşlərindən danışıb.
Otelin HR meneceri Kamran Rzayev tələbələrə “Excelsior Hotel & Spa Baku” oteli barədə ətraflı məlumat verərək bildirib ki, otel ölkə iqtisadiyyatının turizm sektorunda insan resurslarının inkişafına dəstək olur. Bütün təlim və təcrübə və proqramlarının məqsədi tələbələrə turizm sektorunda təcrübə bacarıqlarını aşılamaqdır.
Görüşdə “Excelsior Hot Spa Baku” otelinin HR meneceri Kamran Rzayev tələblərlə turizm sahəsində necə uğur qazanmağın və karyera qurmağın sirrlərini  bölüşüb. Eyni zamanda, Kamran Rzayev UNEC-də turizm ixtisası üzrə təhsil alan tələbələrə il boyu oteldə müntəzəm təcrübə keçə biləcəklərini bildirib. Tələblərin bu sahədə böyük təcrübə qazanması və onların gələcəkdə turizm sahəsində uğurla fəaliyyət göstərməsi üçün oteldə müxtəlif maraqlı təcrübə proqramları hazırlanıb. Həmçinin tələbələr üçün “Excelsior Hotel&Spa Baku” otelində təcrübə keçmək imkanı təqdim olunub.
Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info