Özbəkistanda Qarabağ geyimlərinin moda sərgisi keçirilib
Tarix: 20.04.2017 | Saat: 15:04:00 | E-mail | Çapa göndər


Özbəkistan Rəssamlıq Akademiyasında keçirilən "Ənənəvi təsviri incəsənət festivalı"nda Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmizin Qarabağ geyimlərini nümayiş etdirib.
Daşkənddə Rəssamlıq Akademiyasında keçirilən “Ənənəvi təsviri incəsənət festivalı"nda ölkənin bütün regionları, habelə Daşkənddəki Kəmaləddin Bexzod adına Rəssamlıq və Dizayn İnstitutunun tələbələri canlı olaraq Akademiyanın həyətində rəsmlər və əl işləri yaradaraq, sərgiyə xüsusi rəng qatıblar.
Bu il də festivala maraq böyük olub, festivalda Akademiyanın müxtəlif sərgi salonlarında gənc istedadların rəsmləri əl işləri sərgilənib. Festival çərçivəsində Akademiyanın və İnstitutların Milli libaslar və Dizayn fakültəsinin tələbələri milli geyim koloritlərindən istifadə edərək öz kolleksiyalarını nümayiş etdiriblər. Geyimlərdə özbək adrasından istifadə edilib, ənənəvi və müasir geyim stilləri nümayiş etdirilib.
Moda sərgisi Azərbaycan üçün də xüsusi əhəmiyyət daşıyırdı.
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi builki festivalda da Azərbaycanın Qarabağ diyarına aid geyimlərin moda sərgisini təqdim edib. Qarabağ geyimlərini Özbəkistanın Kəmaləddin Bexzod adına Rəssamlıq və Dizayn İnstitutunun tələbələri nümayiş etdiriblər. “Qarabağ şikəstəsi”nin sədaları altında özbək modelyer qızlar XVII-XIX əsrlərə aid Qarabağın bir sıra mərasim, toy libasları, şənlik geyimləri, Qarabağ xanlarının dövrünə aid zadəgan xanımların geyimlərini nümayiş etdiriblər.
Sərgidə nümayiş etdirilən Bakı Geyim Evi tərəfindən hazırlanmış və Mədəniyyət Mərkəzinin "Azərbaycan milli geyimləri" muzeyində daimi nümayiş etdirilən Qarabağ geyimləri iştirakçıların böyük marağına və alqışlarına səbəb olub.
Qeyd edək ki, sərgidə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” rəqs ansamblı Azərbaycan kəlağayılarını sərgiləyib, “Arşın mal-alan” əsərindən musiqili səhnəni təqdim ediblər.
İştirakçılara festival çərçivəsində Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda Azərbaycan xalqının yaratdığı zəngin mədəniyyət, mədəni irs təqdim edilib, milli geyimlərin hər bir xalqın qədim tarixini, zəngin mədəniyyətinin göstəricisi olduğu vurğulanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info