Nazir müavini: “Minimum əmək haqqının vaxtaşırı olaraq artırılması təmin edilir”
Tarix: 20.04.2017 | Saat: 18:15:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Əmək Təşkilatının (BƏT) 2016/2017-ci illər üçün Qlobal Əmək Haqqı hesabatının təqdim olunması məqsədilə ölkəmizdə səfərdə olan BƏT mütəxəssisləri Nikolas Studer və Rosalia Vazquez ilə görüş olub.
Görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu islahatların dünyada mürəkkəb siyasi-iqtisadi vəziyyətin hökm sürdüyü şəraitdə də ölkəmizdə makroiqtisadi sabitliyin və inkişafın davam etməsinə imkan yaratdığını vurğulayıb. İ.İsayev ölkəmizin əmək bazarındakı inkişaf meylləri, həyata keçirilən aktiv əmək bazarı proqramları, özünüməşğulluq imkanlarının artırılması tədbirləri barədə məlumat verib.
Nazir müavini əmək və məşğulluq sahəsində həyata keçirilən islahatlarda BƏT-in ratifikasiya olunmuş sənədlərindən irəli gələn prinsiplərin diqqətdə saxlandığını, həmçinin təşkilatın 2016/2017-ci illər üçün Qlobal Əmək Haqqı hesabatının önəmini qeyd edib. O, hesabatda əmək haqqı sahəsində dünya ölkələrində mövcud olan təcrübə və yanaşmalar, yeni meyllər, əmək haqqının real dəyərinin necə dəyişdiyi barədə məlumat və təhlillərin, obyektiv qiymətləndirmələrin ölkəmizdə müvafiq sahədə siyasətin təkmilləşdirilməsində əhəmiyyətli olduğunu vurğulayıb: “Əmək münasibətləri iştirakçılarının hüquq bərabərliyinin təmin edilməsi, qanuni mənafelərinin qorunması istiqamətində son illərdə sistemli tədbirlər həyata keçirilib. Görülmüş tədbirlər ölkənin iqtisadi artımı şəraitində əhali gəlirlərinin də mütəmadi artımına imkan verib. Bu dinamikanın davamı kimi, 2016-cı ildə ölkə əhalisinin gəlirləri 2015-ci illə müqayisədə nominal ifadədə 8,7 faiz, gəlirlərin əhalinin hər nəfərinə düşən həcmi isə 7,5 faiz artıb. Həmin gəlirlərin bir hissəsi də əmək haqqı gəlirlərindən ibarətdir və bu sahədə də müsbət dinamika ildən-ilə davam edir. Son on il ərzində respublikamızda minimum əməkhaqqının səviyyəsi 3,5 dəfə, orta aylıq əməkhaqqı 3,3 dəfə artıb. O cümlədən keçən il orta aylıq əmək haqqında artım 6,9 faiz təşkil edib. Minimum əmək haqqının vaxtaşırı olaraq artırılması təmin edilir və bu sahədə növbəti addım kimi, dövlət başçısının müvafiq Sərəncamı ilə cari ilin əvvəlindən minimum əmək haqqı 10,5 faiz artırılaraq 116 manata çatdırılıb”.
İ.İsayev ölkəmizdə dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsinin, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə əlaqəli olmayan amillərə görə işçinin əmək haqqı məbləğinin azaldılmasının qanunla qadağan edildiyini bildirib. Əhalinin gəlirlərində əmək haqqının rolunu diqqətə çatdıran nazir müavini layiqli əməyin təmin olunması yönündə aparılan işlərin bir istiqamətinin də məhz qeyri-rəsmi məşğulluğun və qeyri-rəsmi əmək ödənişlərinin qarşısının alınmasına yönəldiyini vurğulayıb: “Prezidentin 17 mart 2017-ci il tarixli Sərəncamı ilə ölkədə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının yaradılması əmək münasibətlərinin tənzimlənməsi sahəsində bir sıra vacib məqsədlərə xidmət etməklə bərabər, işəgötürən–işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsində də xüsusi önəm kəsb edir”.
İ.İsayev bu sahədə sosial tərəfdaşlarla birgə görülən işlər, ötən ilin sentyabr ayında Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın fəaliyyəti barədə də məlumat verib.
BƏT mütəxəssisləri Azərbaycanda əmək və məşğulluq sahəsində həyata keçirilən islahatların təşkilat tərəfindən həmişə rəğbətlə qarşılandığını, birgə əməkdaşlıq əlaqələrinin davam etməsindən məmnun olduqlarını vurğulayıblar.
Görüşdə BƏT-in 2016/2017-ci illər üçün Qlobal Əmək Haqqı hesabatında əksini tapan məsələlər, ölkəmizdə əmək haqqı siyasəti ilə bağlı fikir mübadiləsi aparılıb.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info