“Ermənistan hər zaman Dağlıq Qarabağ məsələsində sabotajla məşğul olub”
Tarix: 20.04.2017 | Saat: 19:47:00 | E-mail | Çapa göndər


“Ermənistan hər zaman Dağlıq Qarabağ məsələsində sabotajla məşğul olub. Ona görə də el arasında belə bir deyim var ondan sona kimi istifadə etmək lazımdır, “oğrunu evinə kimi qovmaq lazımdır”. Ancaq maraqlısı budur ki, bu ermənilərin özlərinə aid heç bir torpağı da yoxdur ki, ora qədər qovasan, hamısı qonşu ölkələrin torpaqlarıdı”. Bunu politoloq Ramiz Alıyev deyib.
Onun sözlərinə görə, bizlər işğalçı, sabotajçı Ermənistan dövləti ilə mübarizəni yalnız səngərlərdə, siyasi arenalarda deyil, informasiya sahəsində də, internet üzərində də, idman sahəsində də, mədəniyyət sahəsində də ən yüksək səviyyədə aparmalıyıq: “Dünyada ölkələri ən çox tanıdan və təbliğ edən sahələrdən biri və birinciləri idman və mədəniyyət sahəsidir. Bu gün şükürlər olsun ki, ölkəmiz cənab Prezidentin qayğısı ilə hər iki sahədə inkişaf edib və gözəl uğurlara imza atıb. Hesab edirəm ki, bu sahələri daha da inkişaf etdirməliyik və haqq səsimizi filmlər vasitəsi ilə dünyaya çatdırmalıyıq. Bilirsiniz elə yerlər var ki, orada siyasi polemikalar öz istədiyi təsirini göstərə bilmir və bu reallıqdır. Mədəniyyət sahəmizin dünyaya çıxmasında Azərbaycanın Birinci vitse-Prezidenti Mehriban xanım Əliyevanın xüsusi zəhməti və əməyi var.
Biz də Azərbaycan Respublikasının vətəndaşları olaraq cəmiyyətdə tutduğumuz vəzifədən və mövqedən asılı olmayaraq o bu cür məsələlərdə dövlətimizin və Prezidentin həyata keçirdiyi işlərdə yaxından iştirak etməliyik. Diasporamızın güclənməsi üçün birlik nümayiş etdirməliyik. Bütün bu addımları hər bir vətəndaş öz üzərində hiss etsə və əlindən gələn addımları atsa hesab edirəm ki, dünyada nə Ermənistan dövləti, nə də Ermənistan diasporası nüfuz əldə edə bilər”.
 




 
Bölməyə aid digər xəbərlər
18.05.2019
İtaliyalı senator Azərbaycanın diaspor siyasəti barədə məlumatlandırılıb
18.05.2019
Dövlət Komitəsində Laçın rayonunun işğalının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib
18.05.2019
Sevinc Fətəliyeva: Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsi Avropa İttifaqı üçün xüsusi əhəmiyyət daşıyır
18.05.2019
YAP rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib
18.05.2019
Azərbaycan-Fransa parlamentlərarası əlaqələri müzakirə olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10782

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 Dünya rəssamları arasında yer alan azərbaycanlı
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info