AIPS-in bayrağı Azərbaycana təqdim edildi
Tarix: 18.04.2013 | Saat: 23:19:00 | E-mail | Çapa göndər


Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) 76-cı konqresinə yekun vurulub. Konqresin sonuncu günündə qadın idman jurnalistlərinin beynəlxalq seminarının təşkili və bir sıra məsələlər müzakirə edilib. Həmçinin bir sıra təqdimatlar keçirilib. Bu təqdimatlar arasında AİPS-in “Young reporters” proqramının təqdimatı zamanı AİPS gənc reportyorlarının hazırladığı reportaj daha çox Azərbaycan idmanı barədə olub. Konqresin gedişində Rusiya baş nazirinin müavini Dmitri Kozak çıxış edərək konqres iştirakçılarına uğurlar arzulayıb və AİPS-in bayrağını Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə təqdim edib. Çingiz Hüseynzadə çıxış edərək Bakını gələn il AİPS-in 77-ci konqresini yüksək səviyyədə təşkil edəcəyini qeyd edib və bütün dünyanın idman jurnalistlərini Bakıda qarşılamaqdan məmnun olduğunu bildirib. Sonra C.Hüseynzadə təqdimat üçün sözü Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının vitse-prezidenti Nərgiz Mahmudzadəyə verdi. Gələn il AİPS-in 90 ilik yubileyinə təsadüf edəcək 77-ci konqresə ölkəmizin hazırlığı barədə qısaca informasiya verən N.Mahmudzadənin çıxışından sonra Bakı haqqında xüsusi videoçarx nümayiş etdirilib.
Daha sonra AİPS prezidenti Cianni Merlo Çingiz Hüseynzadəyə, AİJA prezidenti Eldar İsmayılova və Nərgiz Mahmudzadəyə 76-cı konqresin xatirə hədiyyəsini təqdim edib.
Bu günün sonunda konqresin bağlanış mərasimi keçiriləcək. Mərasimdə gələn il AİPS konqresinin Bakıda keçirilməsi ilə bağlı müqavilə imzalanacağı gözlənilir.
İLKIN




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info