İqtisadi sahədə tədbirlərə aid xüsusi tapşırıqlar verilib
Tarix: 18.04.2013 | Saat: 23:20:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2013-cü ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadi İnkişaf Nazirliyində geniş kollegiya iclası keçirilib.
İqtisadi İnkişaf Nazirliyinin struktur bölmələrinin, tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş kollegiya iclasında çıxış edən nazir Şahin Mustafayev Nazirlər Kabinetinin 2013-cü ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezidentin iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, investisiyaların cəlb edilməsi, sağlam rəqabət mühitinin tam formalaşması, inhisarçılığa qarşı daha da ciddi addımların atılması, inflyasiyanın aşağı səviyyədə saxlanılması, daxili istehsalın stimullaşdırılması, dövlət proqramlarının icrasının davam etdirilməsi, sənayedə yeni texnologiyaların tətbiqinin genişləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, ölkənin yerli mallarla maksimum dərəcədə təmin edilməsi və idxaldan asılılığın minimuma endirilməsi, rəqabətqabiliyyətli məhsul istehsalının və xarici bazarlara çıxışın genişləndirilməsi, infrastruktur layihələrinin, kənd, qəsəbədaxili və qəsəbələrarası yolların, su və kanalizasiya layihələri tikintisinin davam etdirilməsi, informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, turizmin inkişafı, kadr hazırlığı prosesinin sürətləndirilməsi və digər sahələrdə konkret tapşırıqlar verdiyini vurğulayıb.
Nazir Şahin Mustafayev dövlət başçısı tərəfindən bitkiçilik və heyvandarlıq sahələrində intensiv metodların tətbiqi, yeni torpaq sahələrinin dövriyyəyə buraxılması, elektron kənd təsərrüfatı layihəsinin həyata keçirilməsi və fermerlərin elektron qeydiyyat sisteminin yaradılması, ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi və əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, subsidiyaların verilməsinin təkmilləşdirilməsi, bu ilin sonunadək üçüncü regional dövlət proqramının hazırlanması barədə müvafiq tapşırıqlar verdiyini də diqqətə çatdırıb.
Kollegiya iclasında İqtisadi İnkişaf Nazirliyinin əlaqədar qurumlarının rəhbərləri qeyd olunan sahələrdə indiyədək görülmüş işlər barədə məlumat veriblər.
Ş.Mustafayev dövlət başçısının qarşıya qoyduğu mühüm vəzifələrin vaxtında və keyfiyyətli icrası məqsədilə nazirliyin müvafiq strukturlarına tapşırıqlar verib.
Geniş kollegiya iclasında konkret müddət və icraçılar göstərilməklə Tədbirlər Planının hazırlanması, növbəti iclasda müvafiq sahələrdə işlərin gedişi barədə hesabatların dinlənilməsi qərara alınıb.
İclasında həmçinin bir sıra cari məsələlər də müzakirə edilib.
İLKIN




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Ekspro” şirkəti Azərbaycanın neft-qaz sahəsində mövqeyini gücləndirir
15.11.2018
Azərbaycan ən çox İtaliyaya satır, Rusiyadan alır
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10473

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info