Münaqişələrin həll edilməsi dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə əsaslanmalıdır
Tarix: 18.04.2013 | Saat: 23:25:00 | E-mail | Çapa göndər


Aqşin Mehdiyev: “Azərbaycan həll olunmamış münaqişələrin olduğu ölkələrin üzləşdiyi təhdid və çağırışları yaxşı başa düşür”

Ruandanın xarici işlər və əməkdaşlıq naziri Luis Mukişivabonun sədrliyi altında "Afrikada sülh və təhlükəsizlik: Afrikada münaqişələrin qarşısının alınması" mövzusunda BMT Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda, həmçinin Toqonun xarici işlər və əməkdaşlıq naziri Elliot Ohin və Avropa İttifaqının sədri adından Efiopiyanın nümayəndəsi iştirak edib.

İclas zamanı BMT-nin baş katibi brifinq keçirib. İclasın məqsədi Afrikada mövcud olan münaqişələrin qarşısının alınması və münaqişələrin yaranması səbəblərinin aradan qaldırılması istiqamətində görülən tədbirlərin səmərəliliyinin artırılması, daha effektiv addımların atılmasının vacibliyinin önə çəkilməsindən və qarşıda duran çağırışların müəyyənləşdirilməsindən ibarət olub.
İclasda səsləndirdiyi nitqində Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev bildirib ki, ərazisinin əhəmiyyətli hissəsinin işğal olunmasından və minlərlə vətəndaşının məcburi köçkün vəziyyətinə salınmasından əziyyət çəkən ölkə kimi Azərbaycan həll olunmamış münaqişələrin olduğu ölkələrin üzləşdiyi təhdid və çağırışları yaxşı başa düşür. Səfir qeyd edib ki, münaqişələrin qarşısının alınmasına və həll edilməsinə yönəldilmiş bütün səylər dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliyinə hörmət prinsiplərinə əsaslanmalıdır. O, cəzasızlığın aradan qaldırılması üçün daha səmərəli addımların atılmasının vacibliyini qeyd edib. Səfir Mehdiyev cəzasızlığa son qoyulmasının nəinki soyqırımını, etnik təmizləməni, hərbi və insanlığa qarşı və ya beynəlxalq humanitar hüququ kobudcasına pozan digər cinayətləri törədənlərin məsuliyyətə cəlb edilməsinin zəruriliyi baxımından, həmçinin davamlı sülhün və ədalətin təşviq edilməsi üçün vacib olduğunu bildirib.
Afrika İttifaqı ilə gücləndirilən əməkdaşlığın ölkəmizin xarici siyasətinin prioritetləri sırasına daxil olduğunu qeyd edən səfir Afrika ölkələri prioritetlərinə və Afrika təşkilatlarının müvafiq potensialına uyğun olaraq, həmin ölkələrdə davamlı inkişafa nail olunması üçün münaqişələrin həll edilməsi və sülhün qorunub saxlanılmasına yönəldilən beynəlxalq səylərə Azərbaycanın dəstəyini ifadə edib. Səfir Mehdiyev bir çox Afrika dövlətləri üçün müəyyən olunmuş yardım proqramlarının ölkəmiz tərəfindən həyata keçirildiyini də vurğulayıb.
CAVIDAN




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
ABŞ Prezident İlham Əliyevin əfv sərəncamını alqışlayır
20.03.2019
Prezident İlham Əliyev Qazaxıstan prezidenti vəzifəsini icra edən Kasım-Jomart Tokayevə zəng edib
19.03.2019
TÜRKPA Katibliyində Novruz bayramı münasibətilə tədbir keçirilib
19.03.2019
Fond yaranmasının 10-cu ildönümü və Novruz bayramı münasibətilə təntənəli mərasim təşkil edib
18.03.2019
Əfv sərəncamlarının verilməsi humanizm, əxlaqi və cəmiyyətdaxili harmoniyanın qorunması baxımından böyük önəm daşıyır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info