Azərbaycan-İtaliya diplomatik münasibətlərinin 25 illiyi ilə bağlı konfrans keçirilib
Tarix: 21.04.2017 | Saat: 15:11:00 | E-mail | Çapa göndər


Benedetto Della Vedova: “İtaliya-Azərbaycan əməkdaşlığı möhkəm zəmin üzərində qurulub”
İtaliyaya səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Romada yerləşən ən qədim və nüfuzlu beyin mərkəzlərindən olan İtaliya Beynəlxalq Təşkilat Cəmiyyətində (SİOİ) olub.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əvvəlcə Elmar Məmmədyarov İtaliyanın sabiq xarici işlər naziri və SİOİ-nin prezidenti Franko Frattini ilə birlikdə Azərbaycan və İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə həsr edilmiş fotosərginin açılışında iştirak edib. Sərgiyə iki ölkə arasında diplomatik münasibətlərin tarixinin ən maraq kəsb edən məqamlarına, o cümlədən həyata keçirilmiş yüksək səviyyəli səfərlərə, Azərbaycan həqiqətlərinin və mədəniyyətinin təbliği istiqamətində İtaliyada təşkil olunmuş tədbirlərə dair fotoşəkillər, habelə münasibətlərin tarixini əks etdirən sənədlərin surətləri daxil edilib.
Sonra SİOİ-də Azərbaycan ilə İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə həsr edilmiş konfrans keçirilib.
Konfransda çıxış edən Franko Frattini ölkəmizə çoxsaylı səfəri ilə bağlı təəssüratlarını bölüşüb, Azərbaycanın regional və beynəlxalq siyasətdəki rolu barədə təqdimat xarakterli məlumat verib.
Sonra çıxış edən İtaliya xarici işlər nazirinin müavini Benedetto Della Vedova İtaliya-Azərbaycan əməkdaşlığının möhkəm zəmin üzərində qurulduğunu və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini deyib, iki ölkə arasında əlaqələrin hərtərəfli inkişaf etdiyini diqqətə çatdırıb.
Xarici işlər naziri Elmar Məmmədyarov çıxışında Azərbaycanın xarici siyasətinin prioritetlərindən danışıb və Azərbaycan-İtaliya münasibətlərinin inkişaf perspektivlərinə toxunub. Bu xüsusda Elmar Məmmədyarov ölkəmizin müstəqillik tarixi, Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun ağır nəticələri, münaqişənin həlli üzrə nizamlanma prosesi, enerji və nəqliyyat strategiyası, o cümlədən TANAP və TAP layihələri, beynəlxalq sülh və təhlükəsizliyə töhfələrimiz, multikulturalizm və dinlərarası dialoqun təşviqi, Azərbaycanın İtaliya və Avropa İttifaqı ilə əlaqələri barədə ətraflı danışıb.
Çıxışın ardınca Elmar Məmmədyarov auditoriyanın çoxsaylı suallarını cavablandırıb.
Tədbirdə İtaliya parlamentinin üzvləri, beynəlxalq münasibətlər və beynəlxalq hüquq sahəsində alimlər, tədqiqatçılar, İtaliyada akkreditə olunan diplomatik korpusun üzvləri və mətbuat nümayəndələri iştirak ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info