Qarabağ müharibəsi əlillərinə fərdi evlər verilib
Tarix: 21.04.2017 | Saat: 18:21:00 | E-mail | Çapa göndər


Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İsmayıllı rayonunda yaşayan 3 nəfər Qarabağ müharibəsi əlilinə fərdi yaşayış evləri verilib. Tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Səfər Mehdiyev bildirib ki, Azərbaycanda uğurla davam etdirilən mühüm sosial proqramlardan biri də Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına, onların yeni mənzillərlə təmin edilməsinə yönəlib. Məlumat verilib ki, nazirlik tərəfindən bu il Şəmkir, Tərtər, Salyan, Astara, Füzuli, Zaqatala, İsmayıllı və digər rayonlarda müasir tələblərə cavab verən yeni fərdi yaşayış evləri Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. Son bir ildə 310 yeni mənzil bu təbəqələrdən olan şəxslərə təqdim edilib. İndiyədək 5045 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin edilib. Hazırda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Bakının Nizami rayonunda 94, Şamaxıda 36, İmişlidə 54 mənzilli yaşayış binasının və digər rayonlarda 103 fərdi evin tikintisi, hazır yaşayış binalarından mənzillərin alınaraq  təmir olunması işləri davam etdirilir. Yaxın vaxtlarda 53 rayonda 142 fərdi evin tikintisinə başlanılacaq. Məlumat verilib ki, indiyədək İsmayıllı rayonunda 110 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin edilib, bu kateqoriyadan olan 33 nəfər minik avtomobili, 12 nəfərə əlil arabası verilib.

Çıxışlardan sonra Qarabağ müharibəsi əlillərinə - Kamal Nağıyev, Elşən Əsgərov və Pərviz Həsənova 2 və 3 otaqlı fərdi yaşayış evlərinin açarları və sənədləri təqdim edilib. Sonra mənzillərə baxış keçirilib, ailələr üçün yaradılan şəraitlə tanışlıq olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info