TUMİB tələbələr üçün növbəti vətənpərvərlik aksiyası keçirib
Tarix: 19.04.2013 | Saat: 00:06:00 | E-mail | Çapa göndər


"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) tələbələr arasinda "Dövlət rəmzlərimizi sevək və sevdirək" adlı silsilə tədbirlərindən birini Bakı Avrasiya Universitetində keçirdi. "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin (TUMİB) “Azərbaycan Gəncliyi 2011 - 2015 - ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planına uyğun olaraq həyata keçirdiyi, Gənclər və İdman Nazirliyi tərəfindən qismən maliyyələşdirilən “Tələbələr arasında dövlət rəmzlərinin təbliği” adlı layihə çərçivəsində Bakı Avrasiya Universitetində tədbir keçirdi.
Tədbir milli himnimizin canlı oxunması ilə başladı. Tədbirin aparıcısı “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov çıxış edərək layihənin aktuallığından danışdı və sözü tədbirdə iştirak edən qonaqlara verdi. Çıxış edənlər arasında Gənclər və İdman Nazirliyinin nümayəndəsi Ramil Məmmədov, Bakı Avrasiya Universiteti rektorunun köməkçisi Şəfayət Əliyev və bu universitetin müəllimi Fərhad Zeynalov, TUMİB üzvü Cabir Dövlətzadə və TUMİB-in “Gənclər Mərkəzinin” sədr müavini Elşən Hacıyev çıxış edərək mövzu ətrafında öz fikirlərini bildirdilər və gəncləri bu işdə fəal olmağa çağırdılar. Tədbirdə ölkəmiz müstəqilliyini qazandıqdan sonra dövlət rəmzlərimizin də bərpa olunduğu, bu sahədə ulu öndər Heydər Əliyevin xidmətləri xüsusi vurğulandı. Digər çıxış edənlər də milli-mənəvi sərvətlərimizdən olan dövlətçilik atributlarımız - bayrağımız, gerbimiz və himnimiz, onların yarandığı tarixi-siyasi vəziyyət barədə tələbələrə ətraflı məlumat verdilər. Bildirildi ki, dövlət rəmzləri dövlətçilik əlaməti olmaqla ölkənin tarixi keçmişindən gələn və gələcəyə istiqamətlənən özünəməxsusluğu əks etdirir. Qeyd edildi ki, dövlət rəmzlərimiz hər bir azərbaycanlı üçün əziz və doğma olmalıdır və onları qorumaq və hörmətlə yanaşmaq hər kəsin borcudur. Tədbirdə dövlətimiz tərəfindən rəmzlərimizə yüksək qiymət verildiyi, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə hər il noyabrın 9-u Dövlət Bayrağı Günü kimi qeyd edildiyi nəzərə çatdırıldı.
Tədbirdə dövlət rəmzlərimiz barədə ətraflı məlumat verilib, tələbələrin sualları cavablandırılıb. Sonda tələbələr TUMİB tərəfindən diplomla təltif olunublar.
İLKIN




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info