Əmək yarmarkasında 42 nəfərə işə göndərişi verilib
Tarix: 21.04.2017 | Saat: 20:44:00 | E-mail | Çapa göndər


Şərur şəhərində Rayon Məşğulluq Mərkəzi tərəfindən növbəti əmək yarmarkası təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə mərkəzin direktoru Məmməd Məmmədov əhalinin işlə təmin olunması üçün ən çevik tədbirlərdən sayılan əmək yarmarkalarının keçirilməsinin daim diqqət mərkəzində saxlanıldığını deyib. Təkcə ötən il Şərurda keçirilən 2 əmək yarmarkasına idarə, müəssisə və təşkilatlardan 577 boş iş yeri çıxarılıb, 71 nəfər daimi işlə təmin olunub. Eyni zamanda, muxtar respublika Təhsil və Səhiyyə nazirlikləri ilə birgə keçirilmiş əmək yarmarkalarında da onlarla rayon sakini ixtisasına uyğun işə göndəriş ala bilib.
Məmməd Məmmədov bildirib ki, yarmarkada 39-u özəl olmaqla, 47 təşkilatdan 313 boş iş yeri işaxtaranlara təklif edilir.
Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşı Asif Hüseynov çıxış edərək qeyd edib ki, muxtar respublikada insan amili diqqətdə saxlanılan məsələlərdəndir. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına ciddi fikir verilir, bu istiqamətdə rayonda ardıcıl tədbirlər həyata keçirilir. Yeni yaradılan sənaye və istehsal müəssisələri, aqrar sahənin inkişafı, tikinti-quruculuq işlərinin həcminin artması, xidmət şəbəkələrinin genişlənməsi işaxtaran vətəndaşların işlə təmin olunmasına şərait yaradıb. Hazırda rayonda bir neçə iri tikinti layihəsi həyata keçirilir və burada onlarla sakin daimi və müvəqqəti işlərlə təmin olunub. Təhsil, mədəniyyət, səhiyyə müəssisələrində, özəl sektorda ali və orta ixtisas təhsilli gənclərə, müxtəlif peşə sahiblərinə ehtiyac var. Bu gün yarmarkaya həmin təşkilatlardan boş iş yerləri çıxarılıb.
Əmək yarmarkasında 42 nəfərə işə göndəriş verilib, 3 nəfər peşə hazırlığı kurslarına göndərilib.
 
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info