Heydər Əliyev Fondunun yardımı Pakistanın Rara məktəbinə təqdim olunub
Tarix: 21.04.2017 | Saat: 21:36:00 | E-mail | Çapa göndər


Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Müzəffərabad şəhərinə səfər edib, 2007-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bu şəhərdə inşa edilmiş Rara məktəbində olub.
Əli Əlizadə məktəbin müəllim heyəti və şagirdləri ilə görüşərək ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində onun adını daşıyan Fond tərəfindən tikilən məktəbi ziyarət etməkdən qürur duyduğunu bildirib. Səfir Heydər Əliyev Fondunun fəaliyyəti və həyata keçirdiyi sosial, humanitar layihələr barədə məlumat verib. O, Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə, xüsusən Pakistanda təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə xeyli layihələr həyata keçirdiyini qeyd edib. Bildirib ki, bu layihələrdən biri 2005-ci ildə Pakistanda baş vermiş dağıdıcı zəlzələdən sonra Müzəffərabad şəhərində 400 yerlik Rara qızlar məktəbinin Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən inşa edilməsidir. Bu da Azərbaycan-Pakistan dostluq və qardaşlıq əlaqələrinin təzahürü, eyni zamanda, təhsilə göstərilən diqqət və qayğının bir nümunəsidir.
Səfir Azərbaycanın Pakistanla əlaqələrinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayaraq, Azərbaycanın və Pakistanın hər zaman bir-birinə dəstək göstərdiyini, Azərbaycan torpaqlarını, Dağlıq Qarabağı və ətraf rayonları işğal etdiyinə görə Ermənistanın Pakistan tərəfindən bir dövlət kimi tanımadığını, həmçinin Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının Kəşmir üzrə təmas qrupunun üzvü olduğunu söyləyib, Dağlıq Qarabağ və Kəşmir məsələsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında tezliklə həll olunmasını arzu edib. Diplomat, həmçinin məktəbdə tədrisin vəziyyəti ilə yaxından tanış olub və təhsil ocağının ehtiyacları ilə maraqlanıb. O, Heydər Əliyev Fondunun yardım və hədiyyələrini, uşaqlar üçün alınmış dərslikləri, məktəbli formalarını, kompüter və printerləri, dəmir seyfləri, idman ləvazimatlarını, əyani dərs materiallarını, xəritə, məlumat lövhələrini, uşaq oyuncaqlarını və digər hədiyyələri məktəbə təqdim edib.
Həmçinin Heydər Əliyev Fondunun nəşr etdiyi kitablar, eləcə də Pakistanda urdu və ingilis dillərində dərc edilmiş “Heydər Əliyev", “Azərbaycanın qısa dövlətçilik tarixi”, “Xocalı soyqırımı şahidlərin dili ilə”, “Azərbaycan poeziyası”, “Azərbaycan-Qafqazın cənnəti”, eləcə də Azərbaycan həqiqətlərinə dair digər kitablar, jurnal və bukletlər məktəbə təqdim olunub.
Əyalətin təhsil nazirinin müavini İrşad Əhməd Qureyşi və məktəbin direktoru xanım Nighat Şahin Fond tərəfindən tikilmiş Rara məktəbinin şagirdlərin müxtəlif biliklərə yiyələnməsində, onların tədris, təlim və tərbiyəsində önəmli rolunun olduğunu deyiblər. Onlar təhsil üçün yaradılmış əlverişli şəraitə, diqqət və qayğıya görə Azərbaycan dövlətinə, xüsusilə də Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevaya Pakistan hökuməti adından və öz adlarından dərin təşəkkürlərini bildiriblər.
Sonda məktəblilər öz istedadlarını nümayiş etdiriblər.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur
20.03.2019
Gənclər Aprel şəhidlərinin ailələrini ziyarət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info