“Qeyri-neft ixracı ilə bağlı startap layihələri hazırlanmalıdır”
Tarix: 21.04.2017 | Saat: 22:55:00 | E-mail | Çapa göndər


UNEC-in rektoru, professor Ədalət Muradov, tanınmış investor Elşad Abbasov, Khazar Ventures və SUP Acceleratorun həmtəsisçisi Məmməd Kərim və İqtisad Universitetinin gənc müəllimi, Masaçusets Texnologiya İnsitutunun (MİT) məzunu Ramil Məhərrəmov İnnovativ Biznes İnkubatorda (İBİ) startapçılarla görüşüb. Prezidentin qeyri-neft ixracının stimullaşdırılması, bu sahədə mütəxəsislərin hazırlanmasını prioritet məsələ kimi qarşıya qoyruğunu bildirən rektor UNEC-in dövlət strategiyasına dəstəyini nümayiş etdirmək məqsədilə tədbirlər planı hazırlandığını diqqətə çatdırıb. Qeyd edib ki, UNEC startapçılarınından istəyimiz qeyri-neft sektorunun inkişafına təkan verən layihələr görməkdir. Ə.Muradov İnnovativ Biznes İnkubator nəzəri biliyi praktiki biliyə çevirən məkan olmalıdır, deyə bildirib. Rektor ən fəal startapçı, UNEC tələbəsi Fəqan Çələbizadəyə və onun komandasına fəaliyyətinin daha da genişləndirməsi üçün ofis şəraitinin yaradılması barədə göstəriş verib. Daha sonra investorlar təcrübələrini bölüşərək, tövsiyyələrlə çıxış ediblər. UNEC-in İnnovativ Biznes İnkubator layihəsini müsbət dəyərləndirən Elşad Abbasov ideyanın startapa çevrilməsi yollarından danışıb. Bildirib ki, bu gün ölkədə biznes inkubatorlarının yaranmasına diqqət yaranıb. Artıq investorlar startaplara maraq göstərir. Amma sərmayədar hər ideyaya vəsait yatırmır. Çünki bütün ideya startapa çevrilə bilmir. Tanınmış investor bu sahədə uğur qazanmağın üç yolunu xüsusi qeyd edib – istək, əzmkarlıq və komanda işi. E.Abbasov innovativ texnologiyalara yönələn startapların daha faydalı olacağını və gələcəyin investorlarının bu sahəyə diqqət yönəltmələrini təklif edib. İdeya startarın 20-30 faizidir deyə, bildirən investor R.Məhərrəmov UNEC-də startap layihələrinə olan marağın artırılması məqsədilə təkliflər irəli sürüb. Bildirib ki, İBİ-yə mentorların cəlbi, onun nəzdində İnvestisiya Şurasının və ya fondunun yaradılması, tədrisdə startapların müzakirəsi bu sahənin sürətli inkişafına təkan ola bilər. Khazar Ventures və SUP Acceleratorun həmtəsisçisi M.Kərim isə qeyd edib ki, investor universitetdən bacarıqlı kadrlar və maraqlı təşəbbüslər gözləyir. Hesab edirəm ki, ölkədə ilk dəfə UNEC-də yaradılan İBİ gələcəyin ökə iqtisadiyyatına fayda verəcək investorlarını yetişdirəcək. M.Kərim tələbələrə bu layihələrə təkcə hobbi kimi yanaşmamağı, iş həyatı ilə yaxından tanış olmağı tövsiyyə edib. Sonda tələbələrin sərmayənin cəlb edilməsi, startapların beynəlxalq aləmə çıxış imkanlarının əldə edilməsi yolları, bu sahədə qarşıya çıxan çətinliklər, bazarın şərtləri, investorlardan gözləntiləri və digər sahələrə dair sualları cavablandırılıb. Qeyd edək ki, 2014-cü ildə yaradılan İnnovativ Biznes İnkubatorun (İBİ) əsas məqsədi gənc menecer və sahibkarların yetişdirilməsi, tələbə startaplara tədris-metodiki, maddi-texniki, psixoloji və maliyyə dəstəyi göstərmək,tələbələrə praktiki bilikləri verməkdir. Hazırda burada 12 layihə reallaşdırılır.
Anar




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
‘‘Körfәz böhranı bölgәnin vә dünyanın maraqlarına xidmәt etmir’’
20.03.2019
Azərbaycana həm ABŞ, həm də OPEC ilə daha sıx əməkdaşlıq etmək lazımdır
19.03.2019
Yay aylarında Ermənistanda təbii qazın qiymətlərinin artması labüddür
18.03.2019
S-400 sistemlərinin alınması ABŞ-Türkiyə münasibətlərində ciddi problemlər yaradır
17.03.2019
Prezidentin əfv Sərəncamı xalqımızın bayram əhval-ruhiyyəsini daha da yüksəldib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 Fransız heykəltəraş Mauro Kordanın sərgisi
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info